“Tsarukyan” və “Daşnaksütün” fraksiyaları Paşinyanın baş nazir postuna namizədliyini dəstəkləyəcək













Ermənistan parlamentinin ikinci böyük fraksiyası olan “Tsarukyan bloku” fraksiyasının rəhbəri, sahibkar Qaqik Tsarukyan sahibi olduğu telekanalın efirində 1 may tarixində keçiriləcək baş nazir seçkilərində “xalqın namizədi”ni dəstəkləyəcəyini bəyan edib. Bu barədə DogruXebere.az erməni KİV-lərinə istinadən xəbər verir.

“Biz öz namizədimizi irəli sürməyəcəyik və xalqın namizədini dəstəkləyəcəyik”, - deyə Tsarukyan ad çəkməyərək bildirib. Jurnalistin etiraz hərəkatının lideri Nikol Paşinyanın xalqın namizədi olub-olmamasına dair sualına Qaqik Tsarukyan “Həmin şəxs xalqın namizədi olacaq”, - deyə bildirib.


Qaqik Tsarukyan həmçinin qeyd edib ki, rəhbərlik etdiyi fraksiya hakim Respublika partiyasının nümayəndəsini dəstəkləməyəcək.


Hakim koalisiyada vaxtı ilə təmsil olunan “Daşnaksütün” partiyasının parlament fraksiyasının nümayəndəsi Arsen Ambarsumyan partiyasının etirazçıların lideri Nikol Paşinyanın baş nazir postuna namizədliyini dəstəkləyəcəyini bildirib.

“Biz, çox ehtimal ki, Paşinyanın namizədliyini dəstəkləyəcəyik”, - deyə Arsen Ambarsumyan “yerkirmedia.am” nəşrinə “Daşnaksütün” partiyasının fraksiyaların baş nazir postuna vahid namizəd irəli sürməsinə dair çağırışını şərh edərkən bildirib.

Qeyd edək ki, sabiq prezident S. Sərkisyanın baş nazir seçilməsinə etiraz əlaməti olaraq aprelin 13-dən başlayaraq müxalifət lideri Nikol Paşinyanın rəhbərliyi ilə İrəvan və digər şəhərlərdə kütləvi etiraz aksiyaları başlayıb. Aprelin 13-də S. Sərkisyan baş nazir postundan istefa verib. Bununla belə, N. Paşinyan Respublika Partiyasının bütövlükdə hakimiyyətdən kənarlaşmasını və yeni baş nazirin seçilməsini tələb edir.

Son xəbərlər

Qəbələdə üfunət və iri siçanlardan şikayət: Sakinlər kömək istəyirlər

"Amay"ın qarşısında kişinin başına daş düşdü

Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi

Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?

“Öz məhəlləsinə verir, biz isə qalırıq belə” -Su üzünə həsrət qalan Bakıxanov sakinləri

Bakıda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, birinin meyiti aşkarlandı

Türkmənistan Ukraynanın Xəzərə hücumunu pislədi

Qarsa yeni baş konsul təyin edildi

Qarabağ Veteranı Bəhruz Alışov: "Binəqədi İcra Hakimiyyəti mənə haqsızlıq edib"

AB-dən iranlı hakimlərə sanksiya..

Dünya çempionatı Bakıda keçiriləcək – Prezident sərəncam imzaladı

Mərkəzi çağırış komissiyasının iclası keçirilib

Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia

Bu ÖLKƏDƏ DƏHŞƏT yaşanır - Alovlar yüz minlərlə adamı qovur

İlham Əliyev 3 fərman imzaladı

Günəşdə güclü alışma baş verib

İİKK-nin polkovniki oğurlandı

Bu şəxslər 7 min manatadək cərimələnəcək

Bakıda külək 7 ağacı aşırdı

Güclü külək: DYP-dən sürücülərə xəbərdarlıq

”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR

Traktorun təkəri altında qalan kənd sakini vəfat etdi

Bakı havasındakı tozun səbəbi – Açıqlandı

Şabran sakinlərinin işıq dərdi: "Ərzaqlarımız xarab olur"

DİM-dən “sənət qətliamı” – Abituriyentlər kütləvi şəkildə kəsilib, müəllim və valideynlər şokda

Kredit borcunu qaytara bilməyənlərə şad xəbər

Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir

Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub

Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində idarəetmə ilə bağlı ciddi iddialar: Tarixi irsin qorunması sual altındadır

Qarabağ suvarma kanalında bir nəfər batdı

Bütün xəbərlər