Ermənistan hökuməti Paşinyanla danışıqları dayandırdı







Biz imkan verə bilmərik ki, Respublika Partiyası (RP) öz liderini qurban verərək, hakimiyyətini qoruyub saxlasın.

Bunu müxalifət lideri Nikol Paşinyan hökumətlə danışıqların ləğvindən sonra sosial şəbəkədən etdiyi video-müraciətində bildirib.

Onun sözlərinə görə, Respublika Partiyası ilə danışıqların davam etdirilməsi planlaşdırılmışdı. “Baş nazir əvəzinə, parlament sədrinə və Respublika Partiyası parlament fraksiyasının rəhbərinə 3+3 formatında görüş təklif etdim. Təklifdə bildirdim ki, danışıqlar jurnalistlərin iştirakı ilə və bizim 4 tələbimiz ətrafında aparılsın”, – Paşinyan bildirib.

Yalnız bir tələblərinin – Sarkisyanın istefası – yerinə yetirildiyini bildirən N.Paşinyan qeyd edib ki, Respublika Partiyası Sarkisyanın istefaya getməsi ilə hakimiyyəti qoruyub saxlayacağını düşünür: “Məsələ Sarkisyanın şəxsiyyətində deyil. Biz imkan verə bilmərik ki, RP-nin namizədi baş nazir olsun. RP hakimiyyətdə qala bilməz. Xalq qalib gəlib və bu qələbə möhkəmlənməlidir”.

Paşinyan sonda xalqa çağırış edib: “Xalqı vətəndaş itaətsizliyinə çağırıram. Respublika meydanında 11:00-da toplaşaq. Hərəkatda iştirak edən şəxslərdən heç biri razı olmaz ki, başladığımız iş axıra çatmasın. Bizə daha bir həftə lazımdır ki, qələbəmizi möhkəmlədək”.

Beləliklə, bundan öncə deyildiyi kimi, 25 aprel mitinqi saat 19:00-da yox, 11:00-da başlayacaq.

**

23:38(24.04)

Müxalif lider Nikol Paşinyan və baş nazir səlahiyyətlərinin icraçısı Karen Karapetyan arasında danışıqlar ləğv edilib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə məlumatı Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyasının mətbuat katibi Tiqran Avinyan yayıb.

O bildirib ki, danışıqların nə vaxt baş tutacağı bilinmir.

Avinyan bildirib ki, Paşinyan danışıqların elan edildiyi istiqamətdə getməsini tələb edir: “Yəni hakimiyyətin dinc yolla təhvil verilməsi və növbədənkənar parlament seçkilərinin keçirilməsi. Həmçinin Respublika Partiyasından heç kim müvəqqəti hökumətə rəhbərlik edə bilməz.

Respublika Partiyası isə məsələnin bu cü qoyuluşuna qarşıdır”.

Onun sözlərinə görə, aprelin 25-də saat 19:00-da “Respublika” meydanında mitinq keçiriləcək.

Qeyd edək ki, bundan öncə N.Paşinyan Respublika Partiyasının heç bir üzvünün baş nazir ola bilməyəcəyini bildirmişdi: “Baş nazir vəzifəsinə xalq arasından seçilmiş biri irəli sürülməlidir. Ermənistanın Respublikaçılar Partiyasından belə bir namizəd ola bilməz. Bu partiyanın erası bitib. Onlar hakimiyyəti əllərində saxlamağa cəhd göstərməməli və sakit təhvil verməlidirlər”.

Son xəbərlər

Körpüdə uşaqları daşıyan avtobus SUV ilə toqquşub - Bu ölkədə

Kartla ödəniş edənlərin NƏZƏRİNƏ!

Mehriban Abasquliyeva sabiq məhkəmə sədrinin bacısı imiş

Rusiyadan Ermənistana səsverməyə gələnlər saxlanılır

Azərbaycanda bu şəxslərdən sürücülük vəsiqəsi tələb olunmayacaq

BAŞLANDI! Rusiya şəhərləri, Krım, gəmilər, zenit-raketlər, dəmiryolları BOMBALANIR

“Qarabağ” 1 milyona qapıçı alır

Podolyakdan Lukaşenkoya hədə: Təqaüdə çatmaq istəyirsə...

ADY yayda daha sıx qrafiklə fəaliyyət göstərəcək

ADY yayda daha sıx qrafiklə fəaliyyət göstərəcək

Sərhəddə, yerin altında gizli narkotik marşrutu: illərlə diqqətdən yayınıb - Foto

Tarixdə ilk trilyonçu ola bilər

"Ford" 420 min avtomobili geri çağırır

"Reuters": Aİ ilə Rusiya arasında danışıqlar üçün imkan yaranır

Qırğızıstan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib

İsrailli köçkünlər fələstinli çobanları otlaqlarından qovublar

Cəfər Əsədova yüksək vəzifə verildi

Zelenski: Ukraynanın NATO-ya üzvlüyünü əksər ölkələr dəstəkləyir

Netanyahu Trampla fikir ayrılıqlarının yarandığını etiraf etdi

Şəlaləyə baxmağa gedən 21 yaşlı gənc iki həftədir tapılmır

İspaniyada anomal isti hava səbəbindən ölənlərin sayı 100-ü keçib

Baş nazirdən QƏRAR

Azərbaycanlı gəncin hesabında 22 milyard dollar...

Rövşən Muradov qəfil VƏFAT ETDİ

Narkotikin təsiri altında olan sürücü həbs edildi

Rusiyadan ABŞ və İranın hücumlarına reaksiya

Saxta mesajlar avtomatik aşkarlanacaq - "WhatsApp"da yeni funksiya

Əlavə məzuniyyətlər kimlərə verilir?

İmişlidə güclü yanğın - 2 rayondan dəstək gəldi

Dünya Kuboku: Azərbaycanın basketbol millisi pley-in mərhələsində

Bütün xəbərlər