gundem / siyaset / dunya
4.06.2026
"Reuters": Aİ ilə Rusiya arasında danışıqlar üçün imkan yaranır
Avropa İttifaqı ilə Rusiya arasında dialoqun bərpası istiqamətində müəyyən imkanların yarandığı bildirilir.
DogruXeber.tv xəbər verir ki, bu barədə "Reuters" agentliyi Almaniya hökumətindəki mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin sözlərinə görə, Avropa tərəfi ilə Rusiya arasında danışıqların başlanması üçün pəncərə tədricən açılır.
“Avropa tərəfi ilə Rusiya arasında danışıqlar üçün imkanlar tədricən formalaşır”, - məlumatda qeyd olunub.
Bundan əvvəl Fransanın “Le Monde” qəzeti yazmışdı ki, Fransa başda olmaqla bir sıra Avropa ölkələri Moskva ilə dialoqu bərpa etmək imkanlarını araşdırırlar.
Nəşrin məlumatına görə, Brüssel həmçinin Rusiya ilə dialoq məsələləri üzrə xüsusi nümayəndə təyin olunması ideyasını da müzakirə edir.
Avstriyanın sabiq xarici işlər naziri, hazırda Sankt-Peterburq Dövlət Universitetinin G.O.R.K.I. Mərkəzinə rəhbərlik edən Karin Knaysl isə bildirib ki, Avropa İttifaqına üzv hər bir ölkə Rusiya ilə normal münasibətlərin bərpası istiqamətində ayrıca addımlar atmalıdır./teleqraf



