gundem / hadise / Foto
4.06.2026
İmişlidə güclü yanğın - 2 rayondan dəstək gəldi
İmişlidə tamet sexində və kol-kos sahədə baş verən yanğın tam söndürülüb.
DogruXeber.tv "publika"ya istinadən xəbər verir ki, İmişli Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 6, həmçinin Saatlı və Beyləqan Rayon Dövlət Yanğından Mühafizə hissələrindən hərəsindən 1 texnika və canlı qüvvələri alovun qarşısını alıb.
İlkin məlumata görə, hadisə nəticəsində ümumi sahəsi 482 kvadratmetr olan sexin 450 kvadratmetri hissəsi və 10 hektar sahədə kol-kos ərazi yanıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.



