hadise
1.03.2018, 10:48
Bakıda şirniyyat sexində yanğın olub

Bakının Nizami rayonunda ümumi sahəsi 800 m² olan şirniyyat sexində sahəsi 12 m² olan, plastik materialdan ibarət ofis otağı, 38 m² sahəyə yığılmış kağız və plastik qutular yanıb.
dogruxeber.tv FHN-in saytına istinadən verdiyi məlumata görə, sexin lambirdən ibarət tavanı yüksək temperaturdan 200 m² sahədə əriyib.
Sexin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
@dogruxeber.tv


