hadise
21.02.2019, 12:55
Yanğın oldu
1536036506.jpg)
Bakıda və Siyəzəndə yanğın hadisəsi baş verib.
FHN-dən verilən məlumata görə, Bakı şəhərinin Yasamal rayonunda ümumi sahəsi 12 m² olan tikilinin (mağaza kimi fəaliyyət göstərir) içərisində 2 ədəd məişət avadanlığı qismən yanıb. Tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Siyəzən rayonunda ümumi sahəsi 140 m² olan birmərtəbəli 3 otaqlı evin mətbəxində lambirindən ibarət tavan 7 m² sahədə və mətbəx mebeli qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


