gundem / hadise
17.08.2021, 09:00
dəhşətli yanğın hadisələri başverib...
Fövqəladə Hallar Nazirliyindən (FHN) dogruxeber.tv İnformasiya agentliyinə verilən məlumata görə Xaçmaz rayonunun Şıxlar kəndində ümumi sahəsi 100 m² olan ikimərtəbəli 5 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları 88 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Ağsu rayonunun Keşdiməz kəndində ümumi sahəsi 70 m² olan talvarın yanar konstruksiyaları 50 m² sahədə və altına yığılan 12 ton ot bağlamasının 7 tonu yanıb. Talvarın və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.
Salyan rayonunun Kür Qaraqaşlı kəndində ümumi sahəsi 48 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.



