hadise
19.03.2019, 18:33
10 ton ot bağlaması yandı

Şəmkir rayonunun Yeniabad kəndində yanğın olub.
FHN-dən a verilən məlumata görə, rayonunun Yeniabad kəndində ümumi sahəsi 60 m² olan talvarın yanar konstruksiyaları 40 m² sahədə və altına yığılan 10 ton ot bağlamasının 4 tonu yanıb. Talvarın və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


