bolge
1.06.2018, 03:32
Şəkidə yük avtomobili yanıb

Şəkidə yanğın olub.
"dogruxeber.tv"in FHN-in saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Cumakənd kəndində “QAZ" markalı yük avtomobilində baş verib. Nəticədə avtomobilin yanar hissələri və banına yığılmış 5 ton ot bağlamasının 1 tonu yanıb. Yaxınlıqdakı yanacaq doldurma məntəqəsi və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.


