bolge
4.05.2018
Şabranda "FİAT" markalı minik avtomobili yanıb

Şabranda yanğın olub. dogruxeber.tv-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Dəvəçi kəndində "FİAT" markalı minik avtomobilində baş verib. Nəticədə avtomobilin yanar hissələri yanıb. Yaxınlıqdakı istixana yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.


