gundem / hadise
25.04.2026, 18:00
İtkin düşən 13 nəfər ötən gün tapılıb
İtkin düşən 13 nəfər ötən gün tapılıb.
DogruXeber.tv xeber verir ki, bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, aprelin 24-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 13 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.



