hadise
15.01.2019
İtkin qadın 3 ay sonra kənddən tapıldı - FOTO

Qubada itkin düşən 48 yaşlı Güləbətin Zəkiyeva tapılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan dogruxeber.tv-a verilən məlumata görə, rayonun Amsar kənd sakini ötən il oktyabrın 5-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmamışdı. Bundan sonra ailəsi Güləbətin Zəkiyevanın tapılması üçün Quba Rayon Polis Şöbəsinə müraciət edib.
Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs 2019-cu il yanvarın 14-də Xaçmaz rayonu Arzu kənd ərazisində tapılaraq ailəsinə təhvil verilib.


