gundem
28.03.2018, 10:58
Bakıda itkin düşən 17 yaşlı ərəb turist tapıldı

Bakıda itkin düşən Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) olan turist tapılıb.
dogruxeber.tv xəbər verir ki, bu barədə APA-ya BƏƏ-nin Bakıdakı səfirliyindən məlumat verilib.
Bildirilir ki, martın 27-də saat 05:20 radələrində itkin düşən daun sindromlu 17 yaşlı turist Sultan Abdullah Alqaseer gecə saat 00.00 radələrində "Tarqovı" ərazisində tapılaraq ailəsinə təhvil verilib.


