Paşinyanın 100 gününə sürpriz – Ermənistanda çörək bahalaşdı














Erməni lobbisi də daha baş nazirin islahat potensialına inanmır; Avropa Erməni Assosiasiyaları Forumunun sədri: “Onun hökuməti çox tez yıxılacaq”; Qərbdən böyük para uman Paşinyan isə “Rus NATO-su”nun baş katibi olmaq istəyir – nonsens?
2018-ci il 8 may “məxməri inqilabı” ilə silkələnən işğalçı Ermənistan hələ də özünə gələ bilməyib. Ölkədə siyasi qeyri-müəyyənlik davam etməkdədir. “Qarabağ klanı”nın 20 il davam edən talançı və istibdad rejiminin çökdüyü elan edilsə də, yerində daha yaxşısının qurulması yönündə real iş getdiyi də müşahidə olunmur.

Sabah – avqustun 17-də inqilabçı baş nazir Nikol Paşinyanın yeni postu tutmasının 100 günü tamamlanır. Ancaq onu hakimiyyətə gətirmiş narazı kütlənin əsas gözləntiləri doğrulmamış qalır. Söhbət hər şeydən öncə əhalinin sosial-iqtisadi durumunun yaxşılaşdırmaqdan, iş yerləri açmaqdan və ölkədən kütləvi köçü səngitməkdən gedir.

Əksinə, belə görünür ki, vəziyyətin daha betər istiqamətdə inkişaf edəcəyindən yana narahatlıq var. Məsələn, artıq aparıcı erməni mediası bir neçə dəfə yazıb ki, Rusiya Qərbə can atan Paşinyan hökumətini cəzalandırmaq üçün il sonu Ermənistana satdığı təbii qazın qiymətini qaldıracaq. Bu isə avtomatik şəkildə elektrik enerjisinin və zəruri ərzaq məhsullarının da bahalaşmasına gətirəcək.

*****

Sözsüz ki, daxildəki revanşist qüvvələr, ilk növbədə də “Qarabağ klanı” və onlara bağlı oliqarxlar da fürsət gözləyir ki, Paşinyanın ayağı büdrəsin. Gələn məlumatlara görə, qalmaqallı həbslərdən və eks-prezident Robert Köçəryanın azadlığa buraxılmasından sonra bu qüvvələr daha da ruhlanıb. İstisna deyil ki, onlar Kremlin “dirijor çubuğu” ilə tezliklə hökuməti gözdən sala biləcək sabotaj xarakterli addımlar atacaqlar.


Yeri gəlmişkən, Paşinyan baş nazirliyinin 100-cü gününü Azadlıq meydanında mitinqlə qeyd eləməyə hazırlaşarkən məlum olub ki, Ermənistanda un bahalaşıb. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə “Qraparak” qəzeti yazıb.

“Çörək sexi olan iş adamlarından biri deyib ki, dünəndən (srağagündən – red.) bir kisə unun (50 kq) qiyməti 1 dollar bahalaşıb. Əgər sahibi deputat Samvel Aleksanyan olan un zavodu bir neçə gün öncə 50 kiloluq un kisəsinin 22 dollara satırdısa, artıq 23 dollara satır. Nəzərə alsaq ki, adıçəkilən zavod bazarda inhisarçı mövqeyə sahibdir, o zaman zəncirvari prinsip üzrə unun qiyməti başqa zavodlarda da artacaq. Bu da o deməkdir ki, tezliklə çörək bişirən yerlər də ya çörəyi bahalaşdıracaq, ya da onun çəkisini azaldacaq”, – deyə nəşr qeyd edib.

Çörək isə 1 nömrəli zəruri ərzaq məhsulu sayılır. Beləcə, inqilab eləmiş ermənilərin dolanışığı yaxşılaşmaq əvəzinə, pisləşməyə, yaşayış minimumu qalxmaq əvəzinə, enməyə üz tutub. Bu, 100 gün üçün Paşinyana ciddi sürprizlərdən sayıla bilər. Çünki baş verənlər onun ictimai reytinqinə zərbədir.

*****


Yaranmış durumun başlıca səbəblərindən biri də ötən 100 gündə Paşinyan hökumətinin Ermənistan üçün ciddi maliyyə qaynaqları və sərmayəçilər tapa bilməməsidir. Bu yöndə həm baş nazirin, həm də prezident Armen Sərkisyanın səyləri nəticə verməyib. Məsələ ondadır ki, Qərbin qərar verən mərkəzləri də, xaricdəki imkanlı erməni lobbisi də maliyyə dəstəyi qarşılığında yeni erməni hökumətindən dərin islahatlar aparmağı, köhnə sistemi kökündən sökməyi və Ermənistanı Rusiya orbitindən uzaqlaşdırmağı tələb edir. Bu isə asan məsələ deyil.

Bunun qeyri-mümkünlüyünü artıq Qərblə yanaşı, diasporda da anlamağa başlayıblar.

“Mən bu mitinqin məqsədini anlamıram. Nikol Paşinyan mitinqlər vasitəsilə, Serj Sərkisyana nifrət dalğasında hakimiyyət zirvəsinə qalxıb. İndi də o, eyni yolu gedir – hansı yol ki, mənim fikrimcə, çox pisdir”. “Yeni Müsavat” xəbər verir ki, bunu 1 in.am portalına müsahibəsində Avropa Erməni Assosiasiyaları Forumunun sədri, Serj Sərksiyanın qatı əleyhdarlarından olmuş Aşot Qriqoryan Paşinyanın 100 günlə bağlı sabaha təyin etdiyi mitinqi dəyərləndirərkən söyləyib.

Qriqoryan sərt tənqidlərinə davam edərək deyib: “Gəlin səmimi olaq: ölkədə öz həyatında müsbətə doğru iqtisadi dəyişiklik hiss edən varmı? Məncə, yox. Gerçəyi gizlətmək olmaz axı. Ziyalıların 90 faizi artıq tərəddüd içindədir ki, nədir bu baş verənlər, yeni hökumətdən gözləntilərimiz, inqilabdan sonra dərhal baş verməli olan iqtisadi bum nə oldu bəs? Bu xüsusda siz hər yerdə şübhə, inamsızlıq görə bilərsiniz. Təəssüf ki, mən də həmin qrupa aidəm – hansı qrup ki, hesab edir ki, gözləntilər nəinki doğrulmayıb, aydan-aya adamlar bir az da məyus olacaqlar. Və təxminən inqilaba kimi olan vəziyyətə bənzər vəziyyət yaranacaq. Artıq gördüyümüz kimi, bu inqilab yox, hakimiyyət dəyişikliyi olub – dəhşətli, antimilli Serj Sərkisyan rejimi böyük ümidləri olan gənc adamlar tərəfindən devrilib. Ancaq bu adamlar ümidlərdən başqa heç nəyə – nə bacarığa, nə təcrübəyə, nə də peşəkarlığa malik deyillər”.

Diaspor rəhbərinin sözlərinə görə, eyforik vəziyyətdə olan indiki hakimiyyət heç bir iradı qəbul eləmək, öz ünvanına obyektiv tənqidi dinləmək iqtidarında deyil. “Belə şəraitdə bu cür hakimiyyət adətən tez yıxılır və iqtidara gerçəkdən də nələrisə etməyi bacaranlar gəlir”, – deyə o əlavə edib.

*****

Paşinyan isə bu arada Rusiyadan uzaqlaşmaq əvəzinə, “Rus NATO-su”nun – KTMT-nin baş katibi olmaq istəyir. “Yeni Müsavat”ın xəbərinə görə, srağagün keçirilən KTMT-nin Daimi Şurasının son iclasında Ermənistan nümayəndəsi təklif edib ki, qurumun nizamnaməsi dəyişdirilsin və yeni nizamnaməyə əsasən onun baş katibi postunu baş nazir tutsun.

Bu da sizə indi qərbçi Paşinyanın Rusiyadan uzaqlaşmaq əvəzinə, ona daha da yaxınlaşmaq üçün elədiyi növbəti reverans, jest. Bunun üstündən Qərbdən və lobbidən “islahatlar” üçün böyük para istəməyin yeri qalırmı?..


Paşinyanın 100 gününə sürpriz – Ermənistanda çörək bahalaşdı

Paşinyanın 100 gününə sürpriz – Ermənistanda çörək bahalaşdı


Paşinyanın 100 gününə sürpriz – Ermənistanda çörək bahalaşdı

Paşinyanın 100 gününə sürpriz – Ermənistanda çörək bahalaşdı

Son xəbərlər

Krasnodarda neft anbarına dron hücumu nəticəsində güclü yanğın olub

“Real Madrid” onunla maraqlanır

Ukrayna daha bir kəndi itirdi

Bu ölkə tamamilə işıqsız qaldı

Adil Kərimli Türkmənistan Prezidenti ilə görüşdü

Almaniya Azərbaycanla yeni layihə hazırlayır

Mətanətdən Vüqar Muradova ağır sözlər

Qazın qiyməti UCUZLAŞDI

Ermənistanda seçkidən sonra vətəndaş müharibəsi başlayacaq – SENSASİON DETALLAR

Etibarnaməli avtomobillərlə bağlı VACİB XƏBƏRDARLIQ

Overçuk: yeni MDB formatının çox yaxşı perspektivləri var

Özbəkistan və Yunanıstan əmək miqrasiyası sahəsində əməkdaşlıq üzrə danışıqlar aparır

Bu şəxslərə maaş yeni qayda ilə VERİLƏCƏK

Tehranın uranı üçüncü ölkəyə köçürməyə razılaşdığı iddiası doğru deyil - “Fars

Azərbaycan polisi bir gündə 111 nəfərin saxlanılması barədə MƏLUMAT YAYDI

SON DƏQİQƏ! Bakının bu ərazisində yanğın oldu

70 milyard avroluq yardım Ukraynaya göndəriləcək

İrandan Azərbaycana keçməyə cəhd göstərən əcnəbilər saxlanılıb

Siqaret yenidən bahalaşır - Səbəb açıqlandı

İlham Əliyev Kralı təbrik etdi

Bakıda ABŞ təhsil sərgisi açılıb

Bakıda böyük söküntü başlayır: siyahıda bu ərazilər var

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Abşeronda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib

Məhkəmə sədrinə ağır itki

Onların hələ də müəyyən sayda raketləri və PUA-ları var - Tramp

Rusiya ordusu Zaporojyeyə dronlarla zərbələr endirdi

İran Amerika bazalarına zərbələr endirməyə hazırdır - Xameneinin müşaviri

İran Amerika bazalarına zərbələr endirməyə hazırdır - Xameneinin müşaviri

İrəvandan Azərbaycanla bağlı ŞOK etiraf

Bütün xəbərlər