Adil Kərimli Türkmənistan Prezidenti ilə görüşdü

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov iyunun 5-də bu ölkədə səfərdə olan Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlini qəbul edib. Sərdar Berdiməhəmmədov əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyevə səmimi salamalarını çatdırmağı xahiş edib.


DogruXeber.tv xəbər verir ki, dövlət başçısı Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində keçiriləcək tədbirlərin ölkələrimiz arasında mədəni əlaqələrin inkişafına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib, Azərbaycan nümayəndə heyətinə uğurlar arzulayıb.


Səmimi qəbula və Azərbaycan nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən nazir Adil Kərimli qeyd edib ki, Azərbaycan qardaş Türkmənistanla münasibətlərin inkişafına xüsusi önəm verir. O, fürsətdən istifadə edərək Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını və ən xoş arzularını dövlət başçısına, eləcə də türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədova çatdırıb.


Adil Kərimli qarşılıqlı mədəniyyət günlərinin iki ölkə arasında əlaqələrin möhkəmlənməsində mühüm rol oynadığını vurğulayaraq Türkmənistanda səfərdə olmaqdan məmnunluğunu ifadə edib.


Görüş zamanı qeyd olunub ki, Türkmənistan ilə Azərbaycan arasında əməkdaşlıq siyasi-diplomatik, ticarət-iqtisadi, mədəni-humanitar istiqamətlərdə dinamik inkişaf edir. Son illərdə dövlət və hökumət səviyyəsində keçirilən müntəzəm görüşlər və qarşılıqlı səfərlər nəticəsində tərəfdaşlıq münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəlib.


İkitərəfli gündəlikdə mədəni-humanitar əməkdaşlığın xüsusi yer tutduğu vurğulanıb. Bu baxımdan mədəniyyətin müxtəlif sahələri üzrə təcrübə mübadiləsinə imkan yaradan birgə tədbirlərin əhəmiyyəti qeyd edilib.


Dövlət başçısı ötən ilin oktyabr ayında Azərbaycanda Türkmənistan Mədəniyyəti Günlərinin uğurla keçirildiyini xatırladaraq bildirib ki, bu cür mədəni əlaqələr xalqlarımızın daha da yaxınlaşmasına və dostluq münasibətlərinin möhkəmlənməsinə xidmət edir.


Prezident Sərdar Berdiməhəmmədov deyib: “Bu xoş ənənənin davamı olaraq cari ildə Azərbaycan Mədəniyyəti Günləri Türkmənistanda – Aşqabad və Arkadağ şəhərlərində keçirilir. Ölkəmiz Azərbaycanın mədəniyyət və incəsənət xadimlərindən ibarət geniş nümayəndə heyətini böyük məmnuniyyətlə qarşılayır”.


Dövlət başçısı qeyd edib ki, mədəniyyət günləri çərçivəsində konsertlər və digər tədbirlərlə yanaşı, Dövlətməmmət Azadi, Seyid Əzim Şirvani, Məhtimqulu Fəraqi və Molla Pənah Vaqif kimi böyük şair və mütəfəkkirlərin yaradıcılığına həsr olunmuş elmi konfransların keçirilməsi də xüsusi əhəmiyyət daşıyır.


Prezident Sərdar Berdiməhəmmədov ortaq tarixi-mədəni irsin dövlətlərarası dialoqun daha da dərinləşməsi üçün möhkəm zəmin yaratdığına əminliyini ifadə edərək Türkmənistanın qardaş Azərbaycanla əməkdaşlığın inkişafına sadiq qaldığını vurğulayıb.


Görüşün sonunda Prezident Sərdar Berdiməhəmmədov və Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli mədəni-humanitar əməkdaşlığın Türkmənistan-Azərbaycan münasibətlərinin ayrılmaz hissəsi olduğunu qeyd edərək bu əlaqələrin bundan sonra da iki qardaş xalqın rifahı naminə inkişaf edəcəyinə əminliklərini bildirib və bir-birlərinə uğurlar arzulayıblar./32gun.az

Son xəbərlər

Bakıxanovda "Möcüzəvi Epidemiya": Eyni anda "quruyan" ağaclar və daş hasarlar... - BU NƏDİ BELƏ?

İsrail əsgəri İran casusu çıxdı

DİM bu şəxslərə müraciət etdi

Netanyahu ABŞ-a gedir - Trampla görüşəcək?

Nazirlikdən ildırım və güclü küləklə bağlı ÇAĞIRIŞ

Gələn ildən müəllimlər illik plan və icmal hazırlamayacaq

Metro ilə bağlı ŞAD XƏBƏR - Bu tarixdən...

Tovuzda zorakılığa məruz qalan qadının əri saxlanıldı

Bakıdakı döyüşdən sonra karyerasını başa vurdu

Anomal istilər: Fransada suda boğulub ölənlərin sayı artır

Böyük Britaniya sosial şəbəkələrdə yeniyetmələr üçün "komendant saatı" tətbiq edəcək

Ukrayna Rusiya helikopterini Rusiyada vurdu

Bakının bu küçəsində hərəkət istiqaməti dəyişdirilir

Prezidentin həmin xəbərdarlığı - Önəmli DETAL

214 min manatlıq məhkəmə qərarı niyə icra olunmur? – Keçmiş hakimdən şikayət

Bakıda 32, rayonlarda 38 dərəcə isti olacaq-PROQNOZ

Bu ölkənin mediasında rus dili qadağan olunacaq

AMEA Bakıdan köçürülür?

Xəzərlə bağlı həyəcan təbili: Hər il...

Siyəzən sakini Milli Oftalmologiya Mərkəzindən şikayətçidir:“Eyni xəstəyə fərqli rəylər verilir”

Azərbaycanda bu ildən məktəblilərə süni intellekt və kibertəhlükəsizlik dərsləri keçiriləcək

Baş Prokurorluq məlumat yaydı

DÇ: İngiltərə və Argentina final uğrunda mübarizə aparacaq

Slovakiya Prezidenti Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycanlı tanınmış model xərçəngdən vəfat etdi

ABŞ İranda kazarmanı vurdu: iki hərbçi öldü

Qarabağ Universiteti və İTÜ-dən ikili diplom proqramı

Bu gündən yeni 100 manatlıq dövriyyəyə buraxılır

“Cənub” Yük Terminalında yeni “cərimə” metodu: Sahibkarlar çıxılmaz vəziyyətdə

Bakıda avtovağzalın yaxınlığında yanacaqdaşıyan avtomobil yanıb- VİDEO

Bütün xəbərlər