Prezident əlcəzairli naziri qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 10-da Əlcəzair Xalq Demokratik Respublikasının xarici işlər və xaricdəki milli icma naziri Ramtan Lamamranı qəbul edib.

"dogruxeber.tv" xəbər verir ki, Ramtan Lamamra Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelməcid Tebbunun salamlarını və xoş arzularını dövlətimizin başçısına çatdırdı. Nazir bildirdi ki, Əlcəzair Prezidenti Azərbaycanda gedən inkişaf proseslərini və Prezident İlham Əliyevin Qoşulmama Hərəkatına çox uğurlu rəhbərliyini böyük maraqla izləyir.

Prezident İlham Əliyev salamlara və xoş sözlərə görə minnətdarlığını bildirdi, onun da salamlarını Abdelməcid Tebbuna çatdırmağı xahiş etdi.
Dövlətimizin başçısı Əlcəzairin Qoşulma Hərəkatı çərçivəsində ölkəmizin irəli sürdüyü təşəbbüslərə, eləcə də Azərbaycanın təşkilata sədrlik müddətinin uzadılması ilə bağlı qərara verdiyi dəstəyi yüksək qiymətləndirdi. Prezident İlham Əliyev OPEC+ formatında da Azərbaycanla Əlcəzairin uğurlu əməkdaşlıq həyata keçirdiyini vurğuladı. Gələcəkdə əməkdaşlığın daha səmərəli və fəal şəkildə aparılması üçün bir çox sahələrin mövcud olduğunu qeyd edən Prezident İlham Əliyev iqtisadi, ticarət, biznes və enerji sahələrində əlaqələri genişləndirməyin zəruriliyini bildirdi.

Prezident İlham Əliyev Ramtan Lamamranın ölkəmizə səfərinin ikitərəfli münasibətlərin inkişafına töhfə verəcəyinə əminliyini ifadə etdi.
Qonaq bildirdi ki, gözəl, qardaş ölkə olan Azərbaycana səfərdən məmnundurlar və o, göstərilən qonaqpərvərliyə görə təşəkkür etdi. Öz növbəsində əlaqələrimizin genişlənəcəyinə əminliyini ifadə edən Ramtan Lamamra ölkələrimizin bir-birinə göstərdiyi dəstəyi vurğuladı, Azərbaycan ilə Əlcəzair arasında qarşılıqlı etimadın mövcudluğunu məmnunluqla qeyd etdi və bunun bir çox sahələrdə əməkdaşlığın möhkəmlənməsi üçün çox səmərəli nəticələr verə biləcəyini bildirdi

Son xəbərlər

Bu halları görsəniz, demək ki, telefonunuz izlənilir

Ayın 31-də yağış intensivləşəcək, dolu düşəcək - PROQNOZ

№1 Çörək Zavodunun şirniyyatlarını kif basıb – İstifadə müddətinə aldanmayın

Yaponiyada 50 min insan həlak ola bilər: Dağıdıcı sunamiyə hazırlıq gedir

Azərbaycan millisi Fransanı məğlub edərək QRUP LİDERİ OLDU

Pensiyalarda kimlərə güzəşt OLA BİLƏR?

Məşhur futbolçu saxlanıldı

Bakıdan Şəkiyə yasa gedirdilər: Qəzaya düşdülər

“Qarabağ” Avropa Liqasında “Beşiktaş”la qarşılaşa bilər

Ermənistan İrandan bu raketləri aldı

Google illər sonra dəyişir

Rusiyada sosial şəbəkə vasitəsilə terror aktına cəlb edilən yeniyetmələr həbs edilib

Bu tarixə qədər qarpız yeməyin! - Həkimdən xəbərdarlıq

Millimiz Fransaya qarşı

İran İsrailə qarşı sərt bəyanat yaydı

Niderlandın xüsusi elçiləri Azərbaycana səfər edəcəklər

Münhen Beynəlxalq Hava Limanı dronlara görə fəaliyyətini müvəqqəti dayandırıb

Ukrayna dronları Rusiyanın neft emalı zavoduna zərbə endirdi, Kiyev və Moskva arasında ticarət gərginləşdi

Gəmi istifadəçiləri üçün maarifləndirmə tədbirləri keçirildi - FOTO

Trampın illik sağlamlıq hesabatı açıqlandı - Arıqlamalıdır

İnsan üçün adi su, yoxsa mineral qazlı su xeyirlidir?

Avropanı isti dalğası bürüdü - Təhlükə xəbərdarlığı elan edildi

Ağır qəza olub: Yaralılar var

Güclü külək nəticəsində Bakıda 41 ağac sınıb

Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

"Bu gecə və ya sabah gecə bizi böyük bir hücum gözləyir"

“İranın uranı Qazaxıstanda saxlanıla bilər”

Qızıl və gümüş bahalaşdı

İran ABŞ-dan 12 milyard dollar tələb edir -SƏBƏB

Məhkəmə Trampın adının “Kennedi Mərkəzi”ndən çıxarılmasına qərar verdi

Bütün xəbərlər