gundem / idman
30.05.2026
Millimiz Fransaya qarşı
Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında növbəti oyuna çıxacaq.
DogruXeber.tv xəbər verir ki, F qrupunda yer alan komanda bu gün Fransa ilə qarşılaşacaq.
Matç Bakı vaxtı ilə saat 15:15-də başlayacaq. Milli bu görüşdə qələbə qazanacağı halda, qrup birincisi olacaq.
Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv dünən İtaliyaya qalib gələrək, (3:0) pley-offa vəsiqəni təmin edib.
Xatırladaq ki, Azərbaycan millisi ilk oyunda Avstriya (1:0), daha sonra İtaliyanı (3:0) məğlub edib. Yığmamız hazırda F qrupunda 6 xalla liderdir. Fransanın 4, İtaliyanın 1 xalı var. Hər iki matçda uduzan Avstriyanın xalı yoxdur.



