Pensiyalarda kimlərə güzəşt OLA BİLƏR?

Əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı müzakirələrdə tez-tez gündəmə gələn məsələlərdən biri də pensiyaçıların kommunal xərclərinin dövlət tərəfindən qarşılanmasıdır. Xüsusilə, enerji daşıyıcılarının və kommunal xidmətlərin qiymətlərinin artdığı dövrlərdə yaşlı insanların maddi yükünün azaldılması üçün əlavə dəstək mexanizmlərinin tətbiqi aktuallaşır.


Bəs gələcəkdə Azərbaycanda da pensiyaçıların kommunal ödənişlərinin bir hissəsinin dövlət tərəfindən qarşılanması mümkündürmü?



DogruXeber.tv xəbər verir ki,mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov bildirib ki, pensiyaçıların kommunal xərclərinin dövlət tərəfindən qarşılanması bir çox ölkələrdə sosial müdafiə siyasətinin mühüm istiqamətlərindən hesab olunur.





“Beynəlxalq təcrübə göstərir ki, əksər dövlətlər bütün pensiyaçıların deyil, əsasən aşağı gəlirli və həssas kateqoriyaya aid yaşlı insanların kommunal xərclərinin müəyyən hissəsini subsidiya edir.

Fransa və Almaniya kimi Avropa ölkələrində aztəminatlı pensiyaçılar üçün istilik və enerji xərclərinin ödənilməsinə dövlət dəstəyi göstərilir. Bu yardımlar ailələrin gəlir səviyyəsi nəzərə alınmaqla hesablanır və birbaşa kommunal xərclərin azaldılmasına yönəldilir.


Böyük Britaniyada uzun illərdir tətbiq olunan “Winter Fuel Payment” proqramı çərçivəsində yaşlı vətəndaşlara qış mövsümündə istilik xərclərinin qarşılanması üçün əlavə maliyyə yardımı ayrılır. Bu proqramın əsas məqsədi yaşlı əhalini enerji yoxsulluğundan qorumaqdır”.


Mütəxəssis bildirib ki, Polşa, Macarıstan və bir sıra Mərkəzi Avropa ölkələrində də enerji qiymətlərinin yüksəldiyi dövrlərdə pensiyaçılar üçün xüsusi kommunal kompensasiya paketləri tətbiq olunur.


“Postsovet məkanında da bu sahədə maraqlı nümunələr mövcuddur. Belə ki, Qazaxıstan və Belarusda aşağı gəlirli pensiyaçıların kommunal xərclərinin müəyyən hissəsi yerli büdcələr və ya sosial yardım proqramları vasitəsilə kompensasiya edilir.

Beynəlxalq təcrübə dövlətlərin daha çox kommunal xidmətlərin tam ödənilməsi modelinə deyil, ünvanlı subsidiya və kompensasiya mexanizmlərinə üstünlük verdiyini göstərir.


Azərbaycanda da yaşlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə aşağı gəlirli pensiyaçılar üçün kommunal dəstək proqramlarının tətbiqi həm sosial, həm də fiskal baxımdan daha səmərəli yanaşma ola bilər”, – deyə o, qeyd edib.


Asif İbrahimov əlavə edib ki, neft gəlirlərinin sosial rifahın artırılmasına yönəldilməsi kontekstində pensiyaçıların kommunal xərclərinin müəyyən hissəsinin dövlət tərəfindən qarşılanması gələcək sosial siyasətin müzakirə oluna biləcək istiqamətlərindən biridir.


“Belə bir mexanizmin tətbiqindən əvvəl ehtiyacların dəqiq qiymətləndirilməsi, dövlət büdcəsinə düşəcək maliyyə yükünün hesablanması və dəstəyə ehtiyacı olan hədəf qrupların düzgün müəyyənləşdirilməsi vacib şərtlər sırasındadır. Məhz bu amillər nəzərə alınarsa, kommunal dəstək proqramları yaşlı insanların sosial rifahının yaxşılaşdırılmasına əhəmiyyətli töhfə verə bilər”./oxu24.com

Son xəbərlər

Bu halları görsəniz, demək ki, telefonunuz izlənilir

Ayın 31-də yağış intensivləşəcək, dolu düşəcək - PROQNOZ

№1 Çörək Zavodunun şirniyyatlarını kif basıb – İstifadə müddətinə aldanmayın

Yaponiyada 50 min insan həlak ola bilər: Dağıdıcı sunamiyə hazırlıq gedir

Azərbaycan millisi Fransanı məğlub edərək QRUP LİDERİ OLDU

Pensiyalarda kimlərə güzəşt OLA BİLƏR?

Məşhur futbolçu saxlanıldı

Bakıdan Şəkiyə yasa gedirdilər: Qəzaya düşdülər

“Qarabağ” Avropa Liqasında “Beşiktaş”la qarşılaşa bilər

Ermənistan İrandan bu raketləri aldı

Google illər sonra dəyişir

Rusiyada sosial şəbəkə vasitəsilə terror aktına cəlb edilən yeniyetmələr həbs edilib

Bu tarixə qədər qarpız yeməyin! - Həkimdən xəbərdarlıq

Millimiz Fransaya qarşı

İran İsrailə qarşı sərt bəyanat yaydı

Niderlandın xüsusi elçiləri Azərbaycana səfər edəcəklər

Münhen Beynəlxalq Hava Limanı dronlara görə fəaliyyətini müvəqqəti dayandırıb

Ukrayna dronları Rusiyanın neft emalı zavoduna zərbə endirdi, Kiyev və Moskva arasında ticarət gərginləşdi

Gəmi istifadəçiləri üçün maarifləndirmə tədbirləri keçirildi - FOTO

Trampın illik sağlamlıq hesabatı açıqlandı - Arıqlamalıdır

İnsan üçün adi su, yoxsa mineral qazlı su xeyirlidir?

Avropanı isti dalğası bürüdü - Təhlükə xəbərdarlığı elan edildi

Ağır qəza olub: Yaralılar var

Güclü külək nəticəsində Bakıda 41 ağac sınıb

Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

"Bu gecə və ya sabah gecə bizi böyük bir hücum gözləyir"

“İranın uranı Qazaxıstanda saxlanıla bilər”

Qızıl və gümüş bahalaşdı

İran ABŞ-dan 12 milyard dollar tələb edir -SƏBƏB

Məhkəmə Trampın adının “Kennedi Mərkəzi”ndən çıxarılmasına qərar verdi

Bütün xəbərlər