gundem
10.09.2019, 11:51
Azərbaycan Gürcüstana qarşı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirəcək.
“dogruxeber.tv” xəbər verir ki, Milan Obradoviçin rəhbərlik etdiyi kollektiv Gürcüstan millisi ilə qarşılaşacaq. “Dalğa Arena”da keçiriləcək oyun saat 20:30-da start götürəcək.
İlk turda Lixtenşteynə uduzan (0:1) millimiz Slovakiya üzərindəki qələbənin (2:1) ardını gətirməyə çalışacaq. Gürcüstan isə Bakıya qrup lideri kimi gəlib.
Qeyd edək ki, qrupumuzun bu gün keçiriləcək digər oyununda Lixtenşteynlə İsveçrə üz-üzə gələcək.
AÇ-2021-in seçmə mərhələsi
2-ci qrup
10 sentyabr
20:30 Azərbaycan - Gürcüstan
Baş hakim: Loren Kopriva (Lüksemburq)
Bakı. “Dalğa Arena” stadionu.
20:30. Lixtenşteyn - İsveçrə/Qafqazinfo


