Yol polisi sürücülərə müraciət etdi

Fevral ayının ilk 10 günündə yer kürəsi bir sıra maqnit qasırğalarının təsiri altında olmuş və proqnozlara əsasən bu prosesin ayın sonuna qədər davam etməsi gözlənilir.

Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, maqnit qasırğaları xüsusilə metohəssas insanlarda müxtəlif fiziki və psixoloji narahatlıqlara səbəb olur ki, bu da onların sürücülük qabiliyyətinə təsir göstərir.

"Son günlər Respublika yollarında baş verən qəzaların təhlili onu dəməyə əsas verir ki, sürücülərin nəqliyyat vasitələrini heç bir real təhlükə və obyektiv səbəb olmadan aşırmaları və ya meneəyə çırpmaları göstərilən hallar səbəbindən baş verib.

Metohəssas sürücülərə maqnit qasırğasının təsirləri:

- Baş ağrısı və yorğunluq – Maqnit qasırğaları bəzi insanlarda miqren və halsızlıq yarada bilər.

- Diqqət dağınıqlığı və yuxululuq – Sürücülərin reflekslərini zəiflədərək qəza riskini artıra bilər.

- Əsəbilik və emosional qeyri-sabitlik – Həddindən artıq stress və əsəbilik təhlükəli manevrlərə səbəb ola bilər.

- Qan təzyiqində dəyişikliklər – Bu, ürək döyüntülərinin artmasına və ya halsızlığa gətirib çıxara bilər.

Tövsiyələr:

- Vacib deyilsə, sükan arxasına keçməyin.

- Sükan arxasında yorğun və ya əsəbi hiss edirsinizsə, qısa fasilələr verin.

- Diqqət dağınıqlığı hiss edirsinizsə, avtomobili idarə etməkdən çəkinin.

- Hava və maqnit qasırğaları ilə bağlı xəbərləri izləyin və müvafiq tədbirlər görün.

Maqnit qasırğalarının təsiri hər kəsdə fərqli ola bilər, lakin metohəssas insanlarda bu təsirlər daha güclü hiss olunur.

Unutmayın ki, yol hərəkətində bədən yorğunluğu və ya diqqət dağınıqlığı həm sizin, həm də digər yol hərəkəti iştirakçıları üçün real təhlükə hesab edilir!" - deyə idarənin yaydığı məlumatda qeyd olunub.

Son xəbərlər

Körpüdə uşaqları daşıyan avtobus SUV ilə toqquşub - Bu ölkədə

Kartla ödəniş edənlərin NƏZƏRİNƏ!

Mehriban Abasquliyeva sabiq məhkəmə sədrinin bacısı imiş

Rusiyadan Ermənistana səsverməyə gələnlər saxlanılır

Azərbaycanda bu şəxslərdən sürücülük vəsiqəsi tələb olunmayacaq

BAŞLANDI! Rusiya şəhərləri, Krım, gəmilər, zenit-raketlər, dəmiryolları BOMBALANIR

“Qarabağ” 1 milyona qapıçı alır

Podolyakdan Lukaşenkoya hədə: Təqaüdə çatmaq istəyirsə...

ADY yayda daha sıx qrafiklə fəaliyyət göstərəcək

ADY yayda daha sıx qrafiklə fəaliyyət göstərəcək

Sərhəddə, yerin altında gizli narkotik marşrutu: illərlə diqqətdən yayınıb - Foto

Tarixdə ilk trilyonçu ola bilər

"Ford" 420 min avtomobili geri çağırır

"Reuters": Aİ ilə Rusiya arasında danışıqlar üçün imkan yaranır

Qırğızıstan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib

İsrailli köçkünlər fələstinli çobanları otlaqlarından qovublar

Cəfər Əsədova yüksək vəzifə verildi

Zelenski: Ukraynanın NATO-ya üzvlüyünü əksər ölkələr dəstəkləyir

Netanyahu Trampla fikir ayrılıqlarının yarandığını etiraf etdi

Şəlaləyə baxmağa gedən 21 yaşlı gənc iki həftədir tapılmır

İspaniyada anomal isti hava səbəbindən ölənlərin sayı 100-ü keçib

Baş nazirdən QƏRAR

Azərbaycanlı gəncin hesabında 22 milyard dollar...

Rövşən Muradov qəfil VƏFAT ETDİ

Narkotikin təsiri altında olan sürücü həbs edildi

Rusiyadan ABŞ və İranın hücumlarına reaksiya

Saxta mesajlar avtomatik aşkarlanacaq - "WhatsApp"da yeni funksiya

Əlavə məzuniyyətlər kimlərə verilir?

İmişlidə güclü yanğın - 2 rayondan dəstək gəldi

Dünya Kuboku: Azərbaycanın basketbol millisi pley-in mərhələsində

Bütün xəbərlər