Rusiyada yanğın nəticəsində azərbaycanlı ailənin ölümünün bəzi təfərrüatları bilindi













Rusiyanın Orenburq vilayətində baş verən yanğın nəticəsində azərbaycanlı ailənin ölümü ilə bağlı cinayət işi açılıb.

Rusiya İstintaq Komitəsinin Orenburq vilayəti üzrə istintaq İdarəsindən Rusiya bürosuna verilən məlumata görə, faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 109-cu maddəsinin 3-cü bəndi (səhlənkarlıqdan ölümə səbəb olmaq) əsasında cinayət işi açılıb, araşdırma aparılır.

İlkin istintaqın versiyasına görə, fevralın 12-də günorta saatlarında Orenburq şəhərinin Salmışskaya küçəsi 58/1 ünvanında yerləşən binanın 9-cu mərtəbəsində yanğın baş verib. Yanğının söndürüldükdən sonra biri 47 yaşlı olmaqla iki kişi cəsədi aşkar edilib. Şəhər xəstəxanasına yanıq xəsarətləri alan 7 nəfər aparılıb. Onlardan 3 nəfəri azyaşlı uşaq olub. Xəstəxanaya aparılan zaman 3 yaşlı qız uşağı və 6 yaşlı oğlan uşağı təcili tibbi yardım maşınında keçinib. Yanğın nəticəsində xəsarət alan 62, 47 və iki nəfər 20 yaşlarında olan qadınlar və 8 yaşlı qız uşağının vəziyyəti ağır olaraq qalır. Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.

"Cinayət işinin araşdırılması çərçivəsində profilaktik sistem orqanlarının vəzifəli şəxslərinin fəaliyyətinə lazımi hüquqi qiymət veriləcək. Eləcə də istintaqla cinayətə yardımçı olan şərait və səbəblər aydınlaşacaq. Hal-hazırda baş vermiş cinayətin məqamlarının, eləcə də cinayətdə əli olan şəxs və ya şəxslərin müəyyən olunması istiqamətində istintaq hərəkətləri aparılır. Həlak olanların ölüm səbəbinin müəyyən olunması ilə bağlı ekspertizalar təyin olunub" - ,deyə İstintaq Komitəsindən bildirilib.

Qeyd edək ki, yanğın nəticəsində ölənlərdən yalnız iki nəfərin adı məlumdur. Onlar Namiq Quliyev və onun 3 yaşlı qızı Leyladır.

Orenburqdakı Azərbaycan icmasından APA-nın Rusiya bürosuna verilən məlumata görə, yanğın zamanı evdə iki ailənin olduğu bildirilib. İlkin ehtimallara görə, yanğını Namiq Quliyevin ikinci həyat yoldaşı törədib. Ailə münaqişəsi zəminində baş verən mübahisə zamanı N. Quliyevin ikinci həyat yoldaşı evə benzin tökərək yandırıb. Nəticədə N. Quliyev, onun iki azyaşlı övladı (3 yaşlı qız və 6 yaşlı oğlan) və şəxsiyyəti hələlik müəyyən olmayan bir kişi ölüblər, 5 nəfər isə yaralanıb. Yanğını törətdiyi ehtimal olunan qadın isə hazırda xəstəxanadadır. Onun vəziyyətinin ağır olduğu bildirilir./ APA

Son xəbərlər

"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA

Məşhur həbsxana rəisi vəfat etdi

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

6 minə yaxın dənizçi təxliyə gözləyir

Dövlət meşəsini "öz dədə malı" kimi talayanlar — Ramik Əşrəfovun toxunulmaz şəbəkəsi!-VİDEO

Azərbaycanda futbol klubu 400 min manata satıldı

Hacıqabulda maşın yeraltı keçidə aşıb: XƏSARƏT ALANLAR VAR

"Şuşa şəhərciyi"ndə market yanır

Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib

Bağlı qapı arxasında qalan uşaq xilas edildi

İan Peart vəfat etdi

Azərbaycandan aldığı əşyaya görə CƏRİMƏLƏNDİ

Bilgəhdə bir günə iki nəfər dənizdə boğuldu

Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO

İstanbulda ağır qəza - 30 yaralı

Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...

Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən bacısı tutuldu

Çinin şimalında torpaq sürüşməsi nəticəsində beş nəfər həlak olub

Azərbaycan klublarının yay transferləri

Rusiya Azərbaycan meyvələrində də "xəstəlik" tapdı

Ukrayna müharibəsi bitir? - Hər şey Trampın fərmanından asılıdr

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

ADY vətəndaşları ehtiyatlı olmağa çağırdı

"QoçƏt" biabırçılığı –İsti yay günlərində kütləvi zəhərlənmə təhlükəsi!

BDYPİ sürücülərə xəbərdarlıq etdi

Venesuelada zəlzələdə ölənlərin sayı 5500-ü keçdi

53 yaşlı kişini qatar vurub öldürdü

Kamera sındıran "səhiyyə": Bioloji Təbabət Klinikasında baş verən bu özbaşınalığa kim dur deyəcək?

ABŞ-da narahatlıq: Sursatlar sürətlə bitir

Dəhşətli qəza 5 can aldı - 3-ü uşaqdır

Bütün xəbərlər