hadise
7.02.2018
Bakıda hündürmərtəbəli binada yanğın: Sakinlər evakuasiya edilib – YENİLƏNİB

Bakıda yaşayış binasında baş verən yanğın söndürülüb.
Fövqəladə Hallar Nazirliyindən Bakı şəhəri, Xətai rayonunda 18 mərtəbəli yaşayış binasının elektrik şaxtasında yanğın nəticəsində kabellər yanıb.
30 nəfər bina sakini xilasedicilər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Yanğın söndürülüb.
22:05
Bakıda yanğın hadisəsi qeydə alınıb.
Fövqəladə Hallar Nazirliydən Oxu.Az-a verilən məlumata görə, Bakının Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının elektrik şaxtasında yanğın olması barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğınsöndürmə işlərinə cəlb olunub.
Əlavə məlumat veriləcək./


