Rusiyada ittiham edilən azərbaycanlı sabiq nazir müavini kimdir?

Dağıstan daxili işlər nazirnin keçmiş müavini, 2023-cü ilin noyabrında Federal Təhqiqat Xidməti əməkdaşlarının rüşvət ittihamı ilə həbs etdiyi azərbaycanlı Rüfət İsmayılovun adı yenidən Rusiya mediasının gündəminə gəlib.

DogruXeber.tv xəbər verir ki, məhkəmə R.İsmayılovun bahalı saat kolleksiyası müsadirə edilib.

Sənədlərə görə, müsadirə edilən səkkiz saatın dəyəri təxminən 4,4 milyon rubl təşkil edib. Məhkəmə əvvəllər nəzarət orqanının İsmayılovun təxminən 533 milyon rubl dəyərində əmlakının dövlət xeyrinə müsadirə edilməsi ilə bağlı iddiasını da təmin etmişdi

R.İsmayılov 1975-ci ildə Dərbənddə tanınmış hüquqşünas Hikmət İsmayılovun ailəsində anadan olub, təhsilini Daxili İşlər Nazirliyinin Nijni Novqorod Akademiyasında alıb, 1996-cı ildən daxili işlər orqanlarında xidmət edib. R.İsmayılov 2019-cu ilin dekabrında, 44 yaşında Rusiya daxili işlər nazirinin əmri ilə Dağıstan Daxili İşlər nazirinin müavini təyin edilib. 2021-ci ildə İsmayılov "Dağıstan Respublikasına xidmətə görə" ordeni ilə təltif edilib. Onun 7 uşağı var.

Məlumatlara görə, sabiq nazir müavini birmənalı olaraq rüvşət ittihamlarını rədd edir. O yenicə həbs ediləndə yaxın dostları onun ev dustaqlığına buraxılması üçün yüksək məğləğ-5 milyon rubl təklif etmişdilər. İstintaq Komitəsi isə onun həbsdə qalmamasında israr edib. İstintaq Komitəsinin nümayəndəsi bildirib ki, R.İsmayılovun Azərbaycanla əlaqələri və burda daşınmaz əmlakları var: "Əgər azadlığa buraxılsa və hərəkətlərinin ciddiliyindən xəbərdar olsa, o, ekstradisiyanın mümkün olmadığı ölkələr də daxil olmaqla, qaça bilər".

Öz növbəsində, İsmayılovun vəkili Sergey Bulayev də bu arqumentləri əsassız adlandırmışdı.

Qeyd edək ki, bu iş üzrə Dalqat Abdulqapurov və daha altı nəfər həbs edilib. Əbdülqapurovun özü də, R.İsmayılov kimi ittihamları rədd edir.

Bu iş üzrə məhkəmə ötən ilin sonunda başlayıb. Moskvanın Perovski rayon məhkəməsində başlayan prosesdə təqsirləndirilən şəxslərin əksəriyyəti günahlarını etiraf etsə də, İsmayılov "vicdansız iş adamlarının böhtanın qurbanı olduğunu” iddia edir. Dəymiş ziyanın təqsirləndirilən şəxslərə məxsus müsadirə olunmuş aktivlər hesabına ödənilməsi planlaşdırılır.//Musavat.com

Oxunub: 6

Son xəbərlər

Xətai rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib.

"Abşeron Rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsi

Cinayətdə şübhəli bilinən 57 nəfər saxlanılıb

Ermənistana uçuşlar başlaya BİLƏR

İran Hörmüz boğazını yenidən BAĞLADI

FHN Akademiyasında praktiki-maarifləndirici tədbir keçirilib

Rusiyada ittiham edilən azərbaycanlı sabiq nazir müavini kimdir?

Hikmət Hacıyev Venesuelanın XİN rəhbərinin müavini müzakirələr apardı

Bakının bu ərazilərində torpağın sotu 2 milyondur

Azərbaycan və Yəmən arasında əməkdaşlıq müzakirə olunub

Dağıstanda 117 yaşayış evi hələ də su altındadır

"Ege Hospital"da yeni doğulan körpə öldü

Sabah Bakıda 24 dərəcə isti olacaq

Azərbaycanın generalı VƏZİFƏDƏN AZAD EDİLDİ

Azərbaycanda güclü təbii FƏLAKƏT

Banka borcunu ödəməyənləri BU CƏZA GÖZLƏYİR

Elçin Əmirbəyov: Zəngəzur dəhlizi Asiya ilə Avropa arasında mühüm bağlantı olacaq

“Atam 8 dəfə öz musiqiləri altında əməliyyat olunub"

Hacıqabulda keçmiş məhkumda 4 kq narkotik vasitə aşkarlanıb

Abşeronda yağışın fəsadları aradan qaldırılır

Hava ilə bağlı yol polisindən sürücülərə müraciət

Nyu-York birjasında təbii qazın qiyməti artıb

Yaz yorğunluğu - Qarşısını necə alaq?

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Xalq artisti Dağıstan üçün 5 milyon ianə etdi

Azərbaycan nefti ucuzlaşıb

"Turan Tovuz" Sumqayıtda qalib gəldi

Trampı Dəccala bənzətdi

Antalyada İlham Əliyevlə Ərdoğanın görüşü keçirilir – Fotolar

EAPCA-nın Pərdəarxası: Sahil Qasımovun Əli Həsənovlu keçmişi və ad manipulyasiyası

Bütün xəbərlər