sosial / maraqli
19.08.2020, 13:08
Azərbaycanlı “Bilayn”ın prezidenti seçildi

Rəşid İsmayılov Rusiyanın “Vimpelkom” (“Bilayn” brendi) şirkətinin prezidenti seçilib.
dogruxeber.tv bildirir ki, bu məlumatı şirkətin mətbuat xidməti yayıb. İsmayılovun 2023-cü ilə qədər şirkətin prezidenti olacağı vurğulanıb.
Qeyd edək ki, İsmayılov bundan öncə “Bilayn”da baş direktorun müşaviri olub.
O, 2014-2018-ci illərdə Rusiya Rabitə nazirinin müavini kimi çalışıb.
(Axar.az)


