Məşhurların övladları: General Oruc Zalovun polkovnik oğlu

















Azərbaycanda yüksək vəzifələr tutan məmurların, tanınmış simaların övladları ilə bağlı məlumatlar tez-tez media vasitəsilə gündəmə gəlir, kimisi haqda yaxşı sözlər danışılır, kimisi barədə isə əksinə…

Cəmiyyətin bütün təbəqələri kimi, vəzifəli şəxslərin, məşhurların övladları arasında nümunəvi davranışları ilə seçilənlər də var və təbii ki, bunun əksinə olanlar da…

Ümumiyyətlə məmurların və məşhurların övladları haqqında bilgilər ictimaiyyətə də həmişə maraqlı gəlib – onlar kimdirlər, harda çalışır, nə işlərlə məşğuldurlar…

dogruxeber.tv xəbər verir ki, Modern.az saytı “Məşhurların övladları” adlı rubrikasında ictimai, siyasi xadimlərin, mədəniyyət, ədəbiyyat, idman və digər sahələrdə tanınmış simaların övladları haqda bilgilərin təqdimatını davam etdirir.

Budəfəki təqdimat Azərbaycan daxili işlər nazirninin müavini Oruc Zalovun oğlu Rəşad Zalov barəsindədir.

Oruc Zalovun daxili işlər nazirnin müavini postunda çalışmasının bu yaxınlarda 20 ili tamam oldu.

Daxili işlər nazirinin müavini, polis general-leytenantı Oruc Zalov 1952-ci ildə Naxçıvan şəhərində anadan olub. 1978-ci ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun Tarix fakültəsini, 1990-cı ildə isə SSRİ DİN-in Volqoqrad Ali İstintaq Məktəbini bitirib. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçib. 1979-cu ildən daxili işlər orqanlarında xidmət edir.

1994-cü ildə Babək rayon Polis Şöbəsinin rəisi vəzifəsinə irəli çəkilib, 1995-1998-ci illərdə Azərbaycan Respublikası DİN-in Qərargah rəisi vəzifəsində xidmət edib.

Azərbaycan Prezidentinin 22 fevral 1998-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası daxili işlər nazirinin müavini təyin olunub.

30 dekabr 1999-cu ildə polis general-mayoru, 17 yanvar 2002-ci il tarixdə polis general-leytenantı ali xüsusi rütbəsi alıb.

Cinayətkarlığa qarşı mübarizə işinin təşkilinə görə müxtəlif mükafatlara layiq görülüb.
26 dekabr 1995-ci ildə “Azərbaycan Bayrağı”, 2014-cü ildə isə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif olunub.

Ailəlidir. Üç övladı var.

Oruc Zalovun oğlu Rəşad Zalov hazırda Dövlət Gömrük Komitəsində yüksək vəzifə tutur.

Rəşad Zalov 8 mart 1980-ci ildə Naxçıvan şəhərində anadan olub.

1986-1996-cı illərdə orta məktəbi bitirib.

1996-cı ildə Türkiyə Respublikası Ankara Polis Akademiyasına qəbul olunub və 1997-ci ildən təhsilini Bakı Dövlət Universitetinin Hüquq fakültəsində davam etdirib.

2000-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirdikdən sonra Daxili İşlər orqanlarına işə qəbul olunub.

2000-2003-cü illərdə Nəsimi rayon Polis İdarəsində əməliyyat müvəkkili, Bakı Baş Polis İdarəsində əməliyyat müvəkkili, Bakı şəhər Dövlət Yol Polisi İdarəsində Yol Patrul Xidməti şöbəsində inspektor işləyib.

2003-cü ilin aprel ayından Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində müstəntiq, baş müstəntiq, 2009-cu ildən həmin idarənin rəis müavini vəzifələrində işləyib.

2015-ci ildə Bakı Baş Gömrük İdarəsinin gömrük rəsmiləşdirməsi şöbəsinin rəisi vəzifəsində çalışıb.

Dövlət Gömrük Komitəsi sədrinin 10 iyul 2017-ci il tarixli əmri ilə Rəşad Zalov komitənin İstintaq İdarəsinin rəisi vəzifəsinə təyin edilib. Rəşad Zalov gömrük xidməti polkovnikidir.

Ailəlidir, 2 övladı var.

R.Zalov 2018-ci ilin yanvarında “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

Son xəbərlər

"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA

Məşhur həbsxana rəisi vəfat etdi

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

6 minə yaxın dənizçi təxliyə gözləyir

Dövlət meşəsini "öz dədə malı" kimi talayanlar — Ramik Əşrəfovun toxunulmaz şəbəkəsi!-VİDEO

Azərbaycanda futbol klubu 400 min manata satıldı

Hacıqabulda maşın yeraltı keçidə aşıb: XƏSARƏT ALANLAR VAR

"Şuşa şəhərciyi"ndə market yanır

Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib

Bağlı qapı arxasında qalan uşaq xilas edildi

İan Peart vəfat etdi

Azərbaycandan aldığı əşyaya görə CƏRİMƏLƏNDİ

Bilgəhdə bir günə iki nəfər dənizdə boğuldu

Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO

İstanbulda ağır qəza - 30 yaralı

Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...

Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən bacısı tutuldu

Çinin şimalında torpaq sürüşməsi nəticəsində beş nəfər həlak olub

Azərbaycan klublarının yay transferləri

Rusiya Azərbaycan meyvələrində də "xəstəlik" tapdı

Ukrayna müharibəsi bitir? - Hər şey Trampın fərmanından asılıdr

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

ADY vətəndaşları ehtiyatlı olmağa çağırdı

"QoçƏt" biabırçılığı –İsti yay günlərində kütləvi zəhərlənmə təhlükəsi!

BDYPİ sürücülərə xəbərdarlıq etdi

Venesuelada zəlzələdə ölənlərin sayı 5500-ü keçdi

53 yaşlı kişini qatar vurub öldürdü

Kamera sındıran "səhiyyə": Bioloji Təbabət Klinikasında baş verən bu özbaşınalığa kim dur deyəcək?

ABŞ-da narahatlıq: Sursatlar sürətlə bitir

Dəhşətli qəza 5 can aldı - 3-ü uşaqdır

Bütün xəbərlər