bolge
25.04.2018
Gəncədə yaşayış binasında yanğın olub, ata və övladları xəsarət alıb

Gəncədə məcbur köçkünlərin məskunlaşdığı binada yanğın olub.dogruxeber.tv FHN nazirliyin saytina isdinaden verdiyi xebere gore hadisə şəhərin Totanlı küçəsində, vaxtı ilə Alüminium zavodunun sanatoriyası olan, hazırda isə Kəlbəcərdən olan məcburi köçkünlərin məskunlaşdığı 3 mərtəbəli binada qeydə alınıb. Hadisə yerinə Gəncə Yanğından Mühafizə Hissəsinin avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Alovun yayılmasının qarşısı alınıb. Binada yaşayan məcburi köçkün 1975-ci il təvəllüdlü Aliməmmədov Malik Hidayət oğlunun mənzilində ev əşyaları yanaraq sıradan çıxıb. M. Alıməmmədov və onun 6 azyaşlı övladı yanğın zamanı yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
Yanğının baş vermə səbəbləri araşdırılır.
Sosial səhifələrdə paylaş


