bolge
16.04.2018
Gəncədə yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib

Gəncə şəhərinin Kəpəz rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisində 60 m2 sahədə məişət tullantıları yanıb.
dogruxeber.tv-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, yanğın zamanı binadan 6 nəfər sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər və zirzəminin qalan hissəsi yanğından mühafizə edilib. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.


