hadise
8.02.2018, 11:15
Xətaidə 20 mərtəbəli binada yanğın

Bakı şəhəri, Xətai rayonunda 20 mərtəbəli yaşayış binasının (1-3-cü mərtəbələri qeyri-yaşayış sahəsidir) şaxtasında 60 p.m elektrik kabelləri, zirzəmisində 52 ədəd elektrik sayğacı və çardağının yanar konstruksiyaları 5 m2 sahədə yanıb.
13-cü mərtəbədə dəhlizin lambirdən ibarət tavanı 15 m2 sahədə yüksək temperaturdan əriyib. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 10 nəfər bina sakini xilas edilib, 20 nəfər təhlükəsiz əraziyə təxliyə edilib. 2 nəfər tüstüdən zəhərlənmiş halda xəstəxanaya aparılıb.
Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb./ FHN-in saytı


