bolge
21.04.2018
Gəncədə yaşayış binasında yanğın olub, 8 nəfər təxliyə edilib

Gəncədə yanğın hadisəsi qeydə alınıb.
dogruxeber.tv ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Gəncə şəhərinin Kəpəz rayonunda ümumi sahəsi 40 m² olan 1 otaqlı mənzilin yanar konstruksiyaları 6 m² sahədə yanıb.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 8 nəfər bina sakini təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.


