gundem
7.10.2019
Daxili İşlər naziri üç şəxsi işdən çıxardı

Göygöl Rayon Polis Şöbəsində üç nəfər işdən azad edilib.
dogruxeber.tv-ın məlumatına əsasən, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, əməliyyat işləri üzrə rəis müavini, polkovnik-leytenant Cavad Səfərəliyev, cinayət-axtarış şöbəsinin rəisi Yasin İsmayılov, Sarısu Polis Bölməsinin rəisi Elşən Quliyev işdən çıxarılıb və sərəncama götürülüb.
Onların yerinə hələlik təyinat yoxdur./Demokrat.az


