gundem / siyaset / dunya
3.06.2026
SEPAH ABŞ-ın Beşinci Donanmasının qərargahını vurdu

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ Hərbi Dəniz Qüvvələrinin Bəhreyn-də yerləşən Beşinci Donanmasının qərargahına, həmçinin region ölkələrindən birindəki Amerika aviabazasına raket və dron zərbələri endirib.
DogruXeber.tv "publika"ya istinadən xəbər verir ki, bu barədə ISNA agentliyi məlumat yayıb.
SEPAH-ın yaydığı bəyanatda bildirilir ki, bu addımlar ABŞ-ın İranın Keşm adasındakı hərbi obyektinə endirdiyi son zərbələrə cavab olaraq atılıb. Qurumun açıqlamasında qeyd olunub ki, region ölkələrindən birində yerləşən aviabaza, helikopter meydançası və ABŞ-ın Beşinci Donanmasının qərargahı SEPAH-ın Aerokosmik Qüvvələrinin raket və pilotsuz uçuş aparatları ilə hədəf alınıb.
Bundan başqa, bəyanatda SEPAH-ın Hörmüz boğazında İranın neft tankerinin vurulmasına cavab olaraq ABŞ-la əlaqəli bir gəmiyə də hücum etdiyi vurğulanıb.
İyunun 3-nə keçən gecə Bəhreyndə həyəcan siqnalları səslənib və yerli sakinlərə təhlükəsiz zonalara sığınmaq tövsiyə edilib.
Xatırladaq ki, martın 15-də Bəhreyndə keçirilən əməliyyat nəticəsində SEPAH üçün məlumat toplayıb ötürməkdə şübhəli bilinən beş nəfər saxlanılmışdı.


