SEPAH: "Barmaqlarımız tətiyin üzərindədir"

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələrinin ictimaiyyətlə əlaqələr üzrə müavini Əli Naderi İrana qarşı hər hansı yeni hərbi hücumun əvvəlkilərdən daha sərt cavabla qarşılanacağını bildirib.

DogruXeber.tv xəbər verir ki, o, bu barədə İİKK-nın “3-cü kanal” televiziya proqramında çıxışı zamanı danışıb.

“Əgər düşmənlər yenidən hərbi əməliyyatlara başlasalar, İslam Respublikasının cavab üsulu indiyədək gördüklərindən fərqli olacaq. Onlar döyüş meydanında İranın döyüş gücünün yeni siması ilə qarşılaşacaqlar”, - Naderi vurğulayıb.

SEPAH rəsmisi qeyd edib ki, İran ABŞ və İsraillə bağlı “ikinci və üçüncü məcburi müharibələrdən” mühüm dərslər çıxarıb və həm hücum, həm də müdafiə sahəsində əvvəlkindən daha güclü vəziyyətə gəlib.

“Barmaqlarımız tətiyin üzərindədir”, - deyə o bildirib.

Naderinin sözlərinə görə, Aerokosmik Qüvvələrdə döyüş taktikası, sistemlərin qorunması, şəxsi heyətin təhlükəsizliyi ilə bağlı yanaşmalar əvvəlki dövrlərlə müqayisədə tamamilə dəyişib.

O bildirib ki, üçüncü məcburi müharibə zamanı hərbi obyektlərdə həlak olanların sayı əhəmiyyətli dərəcədə azalıb və düşmən İranın əməliyyat qüvvələrinə ciddi zərbə vura bilməyib./teleqraf

Son xəbərlər

ABŞ-da yanacağın qiymətləri 42,2% artıb

"Yeni universitet, ölkəmizin modern təhsil xəritəsində tamamilə yeni bir intibahın təməlini qoyur" - AÇIQLAMA

“Onlar uğursuz dövlətdir”

SEPAH ABŞ-ın Beşinci Donanmasının qərargahını vurdu

Polşada banderizm ideologiyasına qarşı yeni qanun layihəsi hazırlanır

Maştağada yanğın olub

Məhərrəmlik ayı bu tarixdə başlayır

Mütəxəssislərdən qidalanma ilə bağlı XƏBƏRDARLIQ

Türkiyə və Ermənistan normallaşma və regional gündəmi müzakirə ediblər

Konqoda Eboladan ölənlərin sayı 60 nəfərə çatıb

Bu platformanın rəhbəri həbs edildi: Qanunsuz mərc oyunlarına təşviq etdiyi üçün

Seyid Əli Xamenei üç günlük vida mərasimindən sonra Məşhəddə dəfn ediləcək

Benzin böhranı yaxınlaşır – bəzi bölgələrdə satış məhdudlaşdırıldı

Koxalski və Zubir UEFA Çempionlar Liqasının ən yaxşıları arasında

Hikmət Hacıyev İran səfiri ilə görüşdü - Foto

Ukraynalı uşaqların növbəti qrupu reabilitasiya üçün Azərbaycana yola salınıb

Çörək yenidən bahalaşa bilər? - VACİB AÇIQLAMA

Polşada hökumət məktəblərdə telefon istifadəsini məhdudlaşdıran qanun layihəsini təsdiqləyib

Diplomatik xidmət əməkdaşlarına müavinət ödəniləcək

Deputatlar yekdilliklə dəstəklədilər: Parlament buraxılır

Merts: Ukraynada müharibəni dayandırmağın iki yolu var

Karapetyana qarşı iş açıldı

Almaniyada yoxsulluq zirvəyə çatdı

“Ayaks” ispaniyalı baş məşqçi ilə anlaşdı

Azərbaycan Mərkəzi Bankının rəhbərliyinin əmək haqqı xərcləri 45 % artıb

Özbəkistan və Finlandiya rəqəmsal nəqliyyat və ağıllı mobillik sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər

Bakıdan Türkiyəyə qatarla gediş-gəliş başladı

Bazarda şok qiymət artımı: Mühərrik yağları 30 faiz bahalaşdı

"Ermənistanı Ukraynanın taleyi gözləyir" - Volodindən XƏBƏRDARLIQ

“AzerGold” QSC Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Göygöl və Daşkəsəndə səyyar tamaşalar təşkil edib

Bütün xəbərlər