Ukraynalı uşaqların növbəti qrupu reabilitasiya üçün Azərbaycana yola salınıb
Ukraynada Azərbaycana reabilitasiya üçün göndərilən uşaqların növbəti qrupu bu gün Kiyevdən yola salınıb.

DogruXeber.tv xəbər verir ki, növbəti qrup Mariupol şəhərindən qaçqın düşən ailələrin uşaqlarıdır.

Yola salınma mərasimində Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev, səfirliyin müşaviri Fərid Babayev də iştirak edib. Səfir Seymur Mərdəliyev Azərbaycanın humanitar yardımda daim fəal olduğunu xatırladaraq, ukraynalı uşaqların reabilitasiyası üçün qəbulunun da bunun bir hissəsi olduğunu deyib. Bildirilib ki, bununla indiyədək Azərbaycanda reabilitasiya keçən ukraynalı uşaqların sayı 630-a çatıb. Azərbaycan dövləti tərəfindən humanitar missiya bundan sonra da davam etdiriləcək.

Mariupol merinin müavini Yuri Pivovarov bildirib ki, bu gün 30-dan çox uşaq yola salınır.

"Bu gün burada olmaq, ilk qrup mariupollu uşaqları Azərbaycana yola salmaq şərəfdir. 30-dan artıq uşağı yola salmaq üçün buradayıq. Hamısı Mariupoldandırlar. Bu uşaqlar Azərbaycan tərəfindən reabilitasiyaya qəbul olunacaq. Buna görə Azərbaycan dövlətinə dərin təşəkkür edirik. Biz onları ilk dəfə sağlamlıq-istirahət məqsədilə Azərbaycana göndəririk. Mən Azərbaycan səfiri Mərdəliyevə, əziz həmkarıma bu təşəbbüsə, köməyə, müşayiətə və ümumiyyətlə, bütün bunlara himayəsinə görə təşəkkür etmək istəyirəm. Biz bunu son dərəcə yüksək qiymətləndiririk", - deyə Yuri Pivovarov əlavə edib./azertag.az
Ukraynalı uşaqların növbəti qrupu reabilitasiya üçün Azərbaycana yola salınıb

Son xəbərlər

Binəqədidə su xəttini təmir etmək istədilər -Yol da dağıldı

Yaponiyada zəlzələdən sonra TM-də partlayış – Ölənlər var

Rusiya həyəcan təbili çaldı: Asiyada NATO-ya bənzər blok yaradılsa...

Önəmli telefon danışığı: Prezidentlər nəyi müzakirə etdi?

İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu

Kral Çarlzdan Harriyə gözlənilməz addım: Bu dəfə "hə" dedi

İran Ukraynaya hücuma hazırlaşır

Ronaldo serialda rol alacaq

Müəllimini güllələyən şagirdə hökm oxundu

ABŞ-nin Kanadadakı konsulluğuna silahlı hücum: Canilərin axtarışı davam edir

“Qarabağ”dan ayrıldı, bu kluba keçdi

Tələbələrin yerdəyişməsi üzrə nəticələr açıqlandı

Qəzadan sonra avtomobili kənara çəkmək olarmı? – Qanun nə deyir?

Börnhem söz verdi: Ukraynaya ordu göndərəcək!

İlham Əliyev sərəncam imzaladı

Hasil Abbasov şöbə müdirini işdən çıxardı

Rəsmi sənədi var, hakim isə “fakt təsdiqlənməyib” deyir —Xətai Rayon Məhkəməsinin qətnaməsindəki açıq ziddiyyət

Putin İlham Əliyevə zəng etdi

Xəzərdə müharibə təhlükəsi: Azərbaycan üçün yeni risklər

Sabah 40 dərəcə isti olacaq

Göyçayın ortasında ağacları zəhərləyən obyekt sahibi kimdir və bu cəsarəti kimdən alır?

Bu ölkədə 7,1 bal gücündə zəlzələ: Sunami təhlükəsi... - Video

Bu ərazilərdə 3 gün su olmayacaq

Dünya çempionatı: Elmir Çərkəzov qazaxıstanlı rəqibini məğlub edib

Bakı şəhəri 93 №-li məktəbin direktorunun qara bazarı -Şagirdlərin sinifdə saxlanılması...

Sürücülərə ŞAD XƏBƏR: Cərimələr geri qaytarılır

Tacikistanda hicab və saqqal qadağan edildi

Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı

Azərbaycanda ŞOK: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı

5 məktəbdə boş qalan yerlərə sərbəst qəbul aparılacaq

Bütün xəbərlər