gundem / siyaset / dunya
3.06.2026
Türkiyə və Ermənistan normallaşma və regional gündəmi müzakirə ediblər
BAKI, Azərbaycan, 3 iyun. DogruXeber.tv-nin məlumatına görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında 2 iyun tarixində telefon danışığı olub .
Məlumata görə, tərəflər Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesi və regional gündəmdəki məsələlər barədə fikir mübadiləsi aparıblar.
Ərdoğan qeyd edib ki, Ankara ilə Yerevan arasındakı normallaşma prosesi birbaşa ticarətin bərpasına yönəlmiş addımlar atmaqla irəliləməyə davam edir.
Türkiyə prezidenti həmçinin ölkəsinin regionda sülhün və sabitliyin möhkəmləndirilməsi üçün səylər göstərdiyini və bu məqsədə çatmağa töhfə verən təşəbbüsləri dəstəkləməyə davam edəcəyini bildirib./trend.az



