siyaset / dunya
11.05.2020, 17:52
Ərdoğan və Merkel danışdı: Nələr müzakirə olundu?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Almaniya Kansleri Angela Merkel arasında telefon danışığı olub.
dogruxeber.tv Musavat.az -a istinadən xəbər verir ki, liderlər yeni tip koronavirusa qarşı mübarizə və pandemiyadan sonrakı dövrdə atılacaq addımları müzakirə edib.
Eyni zamanda, ikili münasibətlər və regional məsələlər barədə fikir mübadiləsi aparılıb.


