gundem / hadise
15.06.2026
Səhər saatlarında dəhşətli qəza: Bir ailənin 4 üzvü...
Oğuzda minik avtomobili ağaca çırpılıb.
DogruXeber.tv xəbər verir ki, hadisə səhər saatlarında Kərimli kəndi ərazisində olub.
Oğuz şəhər sakini 35 yaşlı Fərhad Rzalı idarə etdiyi “Hundai” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yol kənarındakı ağaca çırpılıb. Pepperoni pizza
F.Rzalı və avtomobildə olan sərnişinlər- 1961-cl il təvəllüdlü Şamama Rzayeva, 1993-cü il təvəllüdlü Bahar Rzalı, 2020-ci il təvəllüdlü Tuncay Rzali xəsarət alıblar.
Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Tibbi Yardım şöbəsinə yerləşdiriliblər və hazırda onlara ilkin tibbi yardım göstərilir.
Faktla bağlı araşdırma aparılır.



