hadise
2.12.2019
Oğuzda "Hyundai" "Niva" ilə toqquşdu, 4 nəfər xəstəxanaya düşdü

Oğuz rayonunda ağır yol qəzası baş verib.
dogruxeber.tv-ın məlumatına görə, hadisə səhər saatlarında Oğuz şəhəri ərazisində qeydə alınıb.
Oğuz rayon sakini, 1961-ci il təvəllüdlü Ərşad Quliyevin idarə etdiyi "Hyundai" markalı avtomibillə Zaqatala rayon sakini 1965-ci il təvəllüdlü Oruc Məhərrəmovun idarə etdiyi "Niva" markalı avtomobil toqquşub.
Hadisə nəticəsində hər iki avtomobildə olan 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Oğuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır./Trend


