gundem / dunya / Kriminal
3.06.2026
Bu platformanın rəhbəri həbs edildi: Qanunsuz mərc oyunlarına təşviq etdiyi üçün
İstifadəçiləri yasa dışı mərc oyunları saytlarına yönləndirdiyi və icazəsiz yayım apardığı müəyyən edilən "Selçuksports" platformasının rəhbəri Selçuk Yılmaz həbs edilib.
DogruXeber.tv "32gun.az"a istinadən xəbər verir ki, İstanbul Polisinin Kibercinayətkarlıqla Mübarizə Şöbəsi və Milli Kəşfiyyat Təşkilatının (MİT) birgə keçirdiyi əməliyyat nəticəsində məlum olub ki, sözügedən platforma müəyyən abunə haqqı qarşılığında Türkiyə Super Liqası oyunlarını qanunsuz yayımlayır və sayta daxil olan istifadəçiləri yasa dışı mərc saytlarına yönləndirərək onları bu fəaliyyətə təşviq edir. Aparılan araşdırmalar çərçivəsində platformanı idarə etdiyi müəyyən olunan Selçuk Yılmaz Denizlinin Pamukkale rayonunda yerləşən evində saxlanılıb. Polis bölməsindəki ilkin dindirilmələrdən sonra məhkəməyə çıxarılan şübhəli şəxs barəsində həbs qətimkan tədbiri seçilərək cəzaçəkmə müəssisəsinə göndərilib.



