Bakının üç rayonunda əməliyyat: 6 həbs





Bakıda polis oğurluq hadisələrinin üstünün açılması, narkotik vasitələri yayan şəxslərin tutulması üçün bir sıra əməliyyat tədbirləri keçirilib.

dogruxeber.tv teleqraf.com-a istinadən xəbər verir ki, Kriminalistik Tədqiqatlar İdarəsi və Xəzər rayon Polis İdarəsinin 1-ci polis şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 2 avtomobildən pul və sənədlər oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Məmmədov saxlanılıb.

Bundan başqa, oğurluğa cəhd etdiyinə görə tutulmuş E.Mustafayevin və M.Xəlilovun ətraflarında Xəzər rayon Polis İdarəsinin 1-ci polis şöbəsində araşdırma aparılıb.

Əməliyyat tədbirləri ilə onların Balakən rayon sakini, əvvəllər məhkum olunmuş T.Hacıyevlə birgə martın 11-də rayon ərazisindəki mağazaların birindən içərisində 1213 manat olan seyfi oğurlamaları müəyyən edilib.

Daha bir oğurluq faktının üstü Yasamal rayonunda açılıb. 26-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 13-də rayon ərazisində "Jeep" markalı avtomobildən pul, 6000 manat dəyərində mobil telefon, 1500 manat dəyərində ətir və geyim əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Nemətov saxlanılıb.

Pirallahı rayon polis şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini A.Məlikov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 482 qram marixuana aşkar edilərək götürülüb.

Son xəbərlər

Rusiyada yaşamaq istəyənlərin NƏZƏRİNƏ: Rüsumlar artır

Ərdoğandan Netanyahuya xəbərdarlıq

Azərbaycanlı və erməni iş adamları görüşəcəkmi? – “Zəngəzur dəhlizindən asılıdır”

Turan klinikasında sertifikatsız həkimlər necə fəaliyyət göstərir?

Yeni təmayül tədris modelinin əsas üstünlükləri nələrdir?

"Yaxşı polis, pis polis" - Aİ Rusiya ilə danışıqlar üçün xüsusi komanda yığır

Aygün Məmmədliyə yüksək vəzifə verildi

Azərbaycan iqtisadiyyatı 2031-ə qədər artacaq

Marketlərdə bu məhsullar kəskin bahalaşdı

İnstaqramdan YENİLİK - Bunu da etmək mümkün olacaq

İstanbulda bir evdən 42 ilan çıxdı

Eynulla Fətullayev restoranını da satdı

“Maxi.az” rəhbərinə “stop” qoyuldu – Milyonlarla borca görə..

Müəllimlərin sertifikasiya imtahanı üçün yerlər AÇIQLANDI

İranda 20 min nəfər susuz qalıb

Avtobus gecikirsə, sərnişin təzminat ala bilər?

“Alternativi olmayan Ermənistana sülh daha çox lazımdır”

Ukrayna Rusiyanın neft obyektlərini vurdu

Gürcüstan Türkmənistan-Avropa nəqliyyat əlaqələrində tranzit rolunu vurğulayır

Sabahın havası açıqlandı

Vyetnamın Baş prokurorunun ölkəmizə işgüzar səfəri başa çatdı

Rusiya Zaporojye, Odessa və Xarkovu VURDU

8 mindən çox şəxsə ilk dəfə əlillik təyin edilib

Baş nazirdən MÜHÜM QƏRAR

Qanunsuz saxlanılan silahlar aşkarlandı

Avropa İttifaqı İsrailə qarşı sanksiyaları sərtləşdirməyəcək

Milli Məclisin komitə iclası keçirilir

Diabet üçün gözlənilməz risk faktorları müəyyən edildi

Goranboy Rayon Mərkəzi Xəstəxanasında 100 min manatlıq "zibil atılacaq"

Baş Qərargah rəisi: İsrail İrana ağır zərbə planlaşdırıb

Bütün xəbərlər