gundem / hadise / dunya
27.05.2026
Bələdiyyə sədrinə silahlı hücum edilib- 6 nəfər həbs olundu
Muğlanın Fethiye rayonunda bələdiyyə başçısı Alim Karacaya qarşı həyata keçirilən silahlı hücumla bağlı saxlanılan 6 şübhəli barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.
DogruXeber.tv xəbər verir ki, hadisə mayın 23-ü, şənbə günü baş verib və Alim Karaca ayağından yaralanıb. Hücumdan dərhal sonra Muğla İl Polis İdarəsinin əməkdaşları tərəfindən genişmiqyaslı araşdırma başladılıb, ərazidəki təhlükəsizlik kameralarının görüntüləri incələnib. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif ünvanlarda saxlanılan 6 şübhəli polis bölməsinə aparılıb. Bu gün məhkəmə qarşısına çıxarılan hər 6 nəfər barəsində həbs qərarı verilib və onlar Seydikemer-Eşen T Tipi Qapalı və Açıq Cəzaçəkmə Müəssisəsinə göndəriliblər. Hadisə ilə bağlı istintaq davam etdirilir./32gun.az



