gundem / siyaset / dunya
27.05.2026
Zelenski Rusiya ilə müharibənin bu ilin noyabrınadək davam edəcəyini açıqlayıb
Ukraynanın Prezidenti Volodimir Zelenski hakim "Xalqın Xidmətçisi" fraksiyası ilə görüş zamanı Rusiya ilə müharibənin bu ilin noyabr ayına qədər davam edəcəyini bildirib.
DogruXeber.tv xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Prezidentin kommunikasiya üzrə müşaviri Dmitri Litvin bildirib.
"The Economist"in Zelenskinin guya daha 2-3 illik müharibəyə hazırlıq əmri verməsi barədə xəbərinə münasibət bildirən Litvin bunu "saxta xəbər" adlandırıb.
"Bu, saxta xəbərdir. Fraksiya ilə görüşdə Prezident noyabr ayına qədər olan dövrə diqqət yetirməli olduğumuzu söylədi, bizim bu müddətimiz var", - deyə Litvin vurğulayıb.
Qeyd edək ki, Zelenski mayın 25-də "Xalqın Xidmətçisi" fraksiyası ilə görüş keçirib./azertag.az



