Azərbaycanda qadınlar kişilərdən niyə daha az maaş alır?

"Hazırda Azərbaycan əhalisinin 2 milyon 414 mindən çoxunu qadınlar təşkil edir. Eyni zamanda, işçi qüvvəsində qadınların sayı 2 milyon nəfərdən artıqdır. Bununla belə, qadınların orta aylıq əməkhaqqı kişilərin orta aylıq əməkhaqqının təxminən 69,1 faizinə bərabərdir".

DogruXeber.tv xəbər verir ki, bunu BAKU.WS-ə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.

Deputat əlavə edib ki, beynəlxalq praktikada bu göstərici adətən 77-80 faiz arasında dəyişir, Avropa İttifaqına üzv bir çox ölkələrdə isə 80 faizdən yüksəkdir:

"Bunun müəyyən obyektiv səbəbləri mövcuddur. Belə ki, qadınların ən çox çalışdığı sahə təhsil sektorudur. Əmək müqaviləsi ilə çalışan qadınların 242 mindən çoxu məhz bu sektorda fəaliyyət göstərir ki, bu da muzdlu qadın işçilərin 33,6 faizinin təhsil sahəsində çalışması deməkdir".

Vüqar Bayramov hesab edir ki, qadınların iqtisadi güclənməsi onların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsini tələb edir:

"Bu baxımdan məqsədəuyğun olardı ki, Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən təqdim olunan güzəştli kreditlərdə qadın sahibkarların maliyyələşdirilməsi prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilsin. Hazırda fondun ayırdığı kreditlərdə qadın sahibkarların payı hələ də aşağı səviyyədədir. Bu istiqamətdə xüsusi prioritetlərin müəyyən edilməsi onların maliyyə imkanlarını əhəmiyyətli dərəcədə genişləndirə bilər.

Digər mühüm məsələ pensiya təminatı ilə bağlıdır. Qadınlarla kişilər arasında əməkhaqqı fərqi mövcud olduğu müddətdə yaşa görə əmək pensiyası hesablanarkən qadınların pensiya kapitalına əlavə əmsalların tətbiqi imkanları nəzərdən keçirilə bilər. Bir sıra inkişaf etməkdə olan ölkələrdə istifadə olunan bu təcrübə qadınların gələcək pensiya təminatının yaxşılaşdırılmasına xidmət edir.

Eyni zamanda pensiya yaşı ilə bağlı güzəştlərə yenidən baxılması, yalnız yaş meyarı deyil, həm də sosial və keyfiyyət göstəricilərinin nəzərə alınması məqsədəuyğun olardı. Xüsusilə tək qadınların daha erkən pensiyaya çıxmaq hüququnun qanunvericilikdə ayrıca meyar kimi təsbit edilməsi müzakirə oluna bilər"./milli.az

Son xəbərlər

Azərbaycanda vahid büdcə təsnifatı yenilənib

I sinif üzrə boş qalan yerlərə qəbul başlayır

Rusiya XİN: ABŞ İrəvanla saziş imzalayarkən Ermənistanın maraqlarını düşünmür

Azərbaycanda qadınlar kişilərdən niyə daha az maaş alır?

Moldova Rusiya ilə vizasız rejimi ləğv edir?

Paşinyan: Rusiya ilə mübahisə etməyəcəyik

Türkiyə sərhədində “hərbi qala”: Regionda güc balansı necə dəyişəcək?

Prezident Xarici Kəşfiyyat Xidməti ilə bağlı fərman imzaladı

ABŞ-da yanacağın qiymətləri 42,2% artıb

"Yeni universitet, ölkəmizin modern təhsil xəritəsində tamamilə yeni bir intibahın təməlini qoyur" - AÇIQLAMA

“Onlar uğursuz dövlətdir”

SEPAH ABŞ-ın Beşinci Donanmasının qərargahını vurdu

Polşada banderizm ideologiyasına qarşı yeni qanun layihəsi hazırlanır

Maştağada yanğın olub

Məhərrəmlik ayı bu tarixdə başlayır

Mütəxəssislərdən qidalanma ilə bağlı XƏBƏRDARLIQ

Türkiyə və Ermənistan normallaşma və regional gündəmi müzakirə ediblər

Konqoda Eboladan ölənlərin sayı 60 nəfərə çatıb

Bu platformanın rəhbəri həbs edildi: Qanunsuz mərc oyunlarına təşviq etdiyi üçün

Seyid Əli Xamenei üç günlük vida mərasimindən sonra Məşhəddə dəfn ediləcək

Benzin böhranı yaxınlaşır – bəzi bölgələrdə satış məhdudlaşdırıldı

Koxalski və Zubir UEFA Çempionlar Liqasının ən yaxşıları arasında

Hikmət Hacıyev İran səfiri ilə görüşdü - Foto

Ukraynalı uşaqların növbəti qrupu reabilitasiya üçün Azərbaycana yola salınıb

Çörək yenidən bahalaşa bilər? - VACİB AÇIQLAMA

Polşada hökumət məktəblərdə telefon istifadəsini məhdudlaşdıran qanun layihəsini təsdiqləyib

Diplomatik xidmət əməkdaşlarına müavinət ödəniləcək

Deputatlar yekdilliklə dəstəklədilər: Parlament buraxılır

Merts: Ukraynada müharibəni dayandırmağın iki yolu var

Karapetyana qarşı iş açıldı

Bütün xəbərlər