Azərbaycanda qadınların pensiya yaşınını azaldılması təklif edilir

"Pensiya yaşı ilə bağlı yanaşmamız ondan ibarətdir ki, differensial yaş mexanizmi tətbiq olunsun. Xanımların daha tez pensiyaya çıxmasını təklif edirik".

Bunu "dogruxeber.tv"a açıqlamasında deputat Vüqar Bayramov deyib. O bildirib ki, burada iki məqam var:

"Birinci xanımların pensiya yaşının kişilərlə müqayisədə daha az olmasıdır. Belə ki, xanımların pensiya yaşı 63-də saxlanılsın. Ona görə ki, xanımların xüsusən yaşlı dövrlərində sosial təminata daha çox ehtiyacları var. Rəsmi statistika göstərir ki, xanımların əmək haqqı ilə kişilərin əmək haqqı arasında fərq var. 

Kişilərin rəsmi əmək haqqı xanımlarla müqayisədə təxminən 2 dəfə çoxdur. Bu o deməkdir ki, xanımların sosial kapital yığımları nisbətən azdır. Ona görə də xanım vətəndaşlarımız üçün pensiya yaşı tamam olan zaman kapitalın xüsusi əmsala vurulmasını təklif edirik. Əgər xanım vətəndaşımızın pensiya kapitalı 40 min manatdırsa, həmin vəsait 1,5 əmsalına vurulsun. Bu zaman kapital avtomatik olaraq 60 min manat olur. Bu da imkan verir ki, xanım vətəndaşımız pensiya yaşı tamam olan zaman daha çox pensiya alsın".

Qeyd edək ki, “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Ölkədə 1 iyul 2023 - 30 iyun 2024-cü il tarixində kişilərin pensiya yaşı 65 il, qadınların pensiya yaşı 63 il 6 ay olacaq. 1 iyul 2024 - 30 iyun 2025-ci il tarixində isə kişilərin pensiya yaşı 65 il, qadınlar üzrə 64 il olacaq.

Son xəbərlər

Argentina və Fransa növbəti oyunlarına çıxacaqlar

Azərbaycan Gürcüstandan avtomobil idxalını 2 dəfəyə yaxın azaldıb

“Tehran bir sıra məsələlər üzrə razılıq əldə edib”

Gəncədə ağlasığmaz dələduzluq: Maşını lombarda qoydu…

Nazir Fərid Əhmədovdan QƏRAR - Xüsusi icra sistemi ilə bağlı

Ukrayna ordusu Moskva vilayətində kosmik rabitə mərkəzinə dron zərbəsi endirib

Restoranda özünü polis kimi təqdim edən şəxs həbs olunub

Azərbaycanda qadınların pensiya yaşı artırılır – gələn həftədən

Futbol necə yaranıb? – Dünyanın ən populyar idmanının tarixi

Özbəkistan Prezidenti Azərbaycanın səfirini qəbul edib

Yeni Android smartfonu alanda dərhal dəyişdirməli olduğunuz 4 parametr

Sibirdəki türklər: Rusiya bizi ölümə göndərir

Moskvanın bütün aeroportlarında uçuşlar dayandırıldı

Salyanda yol qəzasında 5 nəfər xəsarət alıb

Sabah qaz kəsiləcək - Bu ərazilərdə

Xalq artistinin bacısı və qardaşı ürək əməliyyatı keçirdi

Berdiməhəmmədov Zəfər parkını ziyarət etdi

Numan Kurtulmuş Azərbaycana gələcək

Bu həftə 4 gün işləyəcəyik

Azərbaycan-Türkmənistan sənədləri mübadilə olundu

Starmer istefa verdi

Xətai rayonunda konsert keçirilib

Azərbaycan Türkmənistana tanker hədiyyə etdi

Cinayət törədən 83 nəfər saxlanıldı

Qızına elçi düşən şəxsi döyərək öldürdü

Aqil Şirinov: Bu il İlahiyyat İnstitutundan 59 tələbə məzun olur

Susuz qalan paytaxt, cavabsız suallar və idarəetmənin görünən nəticələri

Krımda su qıtlığı yaşanır...

Anomal istilərə görə bu ölkədə 845 məktəb bağlanacaq

Qətərdə partlayış oldu

Bütün xəbərlər