gundem / Cəmiyyət
22.06.2026
Sabah qaz kəsiləcək - Bu ərazilərdə
Sabah Goranboy və Samux rayonlarının bəzi ərazilərində qaz təchizatında fasilələr yaranacaq.
DogruXeber.tv xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Gəncə Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.
Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar iyunun 23-də saat 10:00-dan işlər yekunlaşanadək Goranboy rayonun Hazırəhmədli kəndi və Samux rayonun Qarayeri qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.



