gundem / Cəmiyyət
22.06.2026
Aqil Şirinov: Bu il İlahiyyat İnstitutundan 59 tələbə məzun olur
“Bu il İlahiyyat İnstitutunda 59 tələbə məzun olur. Onlardan 55-i bakalavr, 4-ü isə magistratura səviyyəsi üzrə təhsil alıb. Magistratura səviyyəsində məzun olan tələbələrin 2-si xarici ölkə vətəndaşıdır”.
DogruXeber.tv xəbər verir ki, bunu Azərbaycan İlahiyyat İnstitutunun Məzun Günündə institutun rektoru Aqil Şirinov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Azərbaycan İlahiyyat İnstitutunun məzunları ölkənin müxtəlif müəssisələrində fəaliyyət göstərirlər.
“Məzunlar həm dini ocaqlarda imam və imam müavini kimi, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsində işlə təmin olunmaq imkanı əldə edirlər. Məzunlarımızın iş tapmaq imkanları kifayət qədər yüksəkdir”.



