Kamal Abdulla Şərəf Atəşlə görüşdü - FOTO













Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdulla Yunus Əmrə İnstitutunun rəhbəri Şərəf Atəşlə görüşüb.

Görüşdə Milli Məclisin deputatları, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, Yunus Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzinin müdiri və türkiyəli mütəxəssislərdən ibarət nümayəndə heyəti də iştirak edib.

Akademik K.Abdulla qonaqları universitetdə görməkdən məmnun olduğunu bildirib. Universitet haqqında məlumat verən rektor ali təhsil ocağında 20-ə yaxın dil və mədəniyyət mərkəzinin fəaliyyət göstərdiyini söyləyib. Universitetin beynəlxalq əlaqələri haqqında danışan K.Abdulla dillərin yerli və xarici müəllimlər tərəfindən tədris olunduğunu qeyd edib. Fakültələrin fəaliyyətindən danışan akademik universitetdə mövcud olan elmi tədqiqat laboratoriyalarından da söz açıb.

Səmimi qəbula görə ADU rəhbərliyinə öz təşəkkürünü bildirən Ş.Atəş rəhbərlik etdiyi institutun fəaliyyətindən söz açıb. O, institutun həyata keçirdiyi tədbir və proqramlar barədə məlumat verib. Ş. Atəş ADU-nun Yunus Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzi ilə əməkdaşlığını yüksək qiymətləndirib.

Daha sonra tərəflər arasında qarşılıqlı əməkdaşlıq, birgə layihələr və gələcək perspektivlər müzakirə olunub.

Görüşdən sonra Mənəvi Dəyərlərin Təbliği Fondu və Bakı Yunus Əmrə İnstitutunun birgə təşkilatçılığı, Azərbaycan Dillər Universitetinin dəstəyi ilə “Seyid Yəhya Şirvani Bakuvi və təsəvvüf ənənəsi” mövzusunda birgə tədbir keçirilib.

Tədbirdə ADU-nun rektoru akademik Kamal Abdulla, millət vəkilləri Qənirə Paşayeva, Hikmət Babaoğlu və başqaları geniş nitq söyləyiblər.

Proqrama əsasən Azərbaycan İlahiyyat İnstitutunun islamşünaslıq kafedrasının müdiri Əhməd Niyazov “Azərbaycan təsəvvüf ənənəsində xəlvətliyin yeri”, Kalkandələn Dövlət Universitetinin müəllimi Metin İzeti “Balkan ölkələrində Seyid Yəhya Şirvani ənənəsi”, Ankara Sosial Elmlər Universiteti Qrafik dizayn fakültəsinin müəllimi Ümit Akdemir “Bir sevgi rəhbəri Seyid Yəhya Şirvani və əsərləri”, Azərbaycan İlahiyyat İnstitutunun elm və innovasiyalar üzrə prorektoru Aqil Şirinov “Azərbaycanda birgəyaşayış ənənəsinin formalaşmasında təsəvvüfün rolu”, tədqiqatçı, yazıçı, Türk Təsəvvüf Musiqisi Vəqfi, İstanbul tarixi türk musiqisi qrupunun qurucu müdiri Ömer Tuğrul İnançer “İslam, Təsəvvüf və xəlvətilik”, Gazi Universiteti türk dili və ədəbiyyatı kafedrasının müəllimi Mustafa Tatçı “Əbədi silsilə və Yəhya Şirvani” adlı məruzələrlə çıxış ediblər.Unikal.org


Kamal Abdulla Şərəf Atəşlə görüşdü - FOTO

Son xəbərlər

Rusiyada yaşamaq istəyənlərin NƏZƏRİNƏ: Rüsumlar artır

Ərdoğandan Netanyahuya xəbərdarlıq

Azərbaycanlı və erməni iş adamları görüşəcəkmi? – “Zəngəzur dəhlizindən asılıdır”

Turan klinikasında sertifikatsız həkimlər necə fəaliyyət göstərir?

Yeni təmayül tədris modelinin əsas üstünlükləri nələrdir?

"Yaxşı polis, pis polis" - Aİ Rusiya ilə danışıqlar üçün xüsusi komanda yığır

Aygün Məmmədliyə yüksək vəzifə verildi

Azərbaycan iqtisadiyyatı 2031-ə qədər artacaq

Marketlərdə bu məhsullar kəskin bahalaşdı

İnstaqramdan YENİLİK - Bunu da etmək mümkün olacaq

İstanbulda bir evdən 42 ilan çıxdı

Eynulla Fətullayev restoranını da satdı

“Maxi.az” rəhbərinə “stop” qoyuldu – Milyonlarla borca görə..

Müəllimlərin sertifikasiya imtahanı üçün yerlər AÇIQLANDI

İranda 20 min nəfər susuz qalıb

Avtobus gecikirsə, sərnişin təzminat ala bilər?

“Alternativi olmayan Ermənistana sülh daha çox lazımdır”

Ukrayna Rusiyanın neft obyektlərini vurdu

Gürcüstan Türkmənistan-Avropa nəqliyyat əlaqələrində tranzit rolunu vurğulayır

Sabahın havası açıqlandı

Vyetnamın Baş prokurorunun ölkəmizə işgüzar səfəri başa çatdı

Rusiya Zaporojye, Odessa və Xarkovu VURDU

8 mindən çox şəxsə ilk dəfə əlillik təyin edilib

Baş nazirdən MÜHÜM QƏRAR

Qanunsuz saxlanılan silahlar aşkarlandı

Avropa İttifaqı İsrailə qarşı sanksiyaları sərtləşdirməyəcək

Milli Məclisin komitə iclası keçirilir

Diabet üçün gözlənilməz risk faktorları müəyyən edildi

Goranboy Rayon Mərkəzi Xəstəxanasında 100 min manatlıq "zibil atılacaq"

Baş Qərargah rəisi: İsrail İrana ağır zərbə planlaşdırıb

Bütün xəbərlər