Alimlər akademik Cəlal Əliyevin məzarını ziyarət edib – Tədbir + FOTO
















İyunun 29-da görkəmli alim, dahi şəxsiyyət, akademik Cəlal Əliyevin anadan olmasının 90 illiyi münasibətilə AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, Botanika İnstitutu, Əkinçilik İnstitutu və Dendrologiya İnstitutunun əməkdaşları və alimin tələbələri Fəxri xiyabanda mərhumun məzarını ziyarət ediblər.

Bu barədə Mia.az-a verilən məlumata görə, ziyarətçilər mərhum akademikin əziz xatirəsini yad edərək məzarı önünə əklillər və gül dəstələri qoyublar.
Daha sonra Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda yubileylə əlaqədar olaraq anım tədbiri keçirilib.
Tədbir Cəlal Əliyevin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. AMEA-nın vitse prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutun direktoru, akademik İradə Hüseynova Cəlal Əliyev məktəbinin yetirməsi olduğu üçün qürur duyduğunu bildirərək, akademikin Azərbaycan elmindəki misilsiz xidmətlərindən bəhs edib.
İradə xanım müəlliminin müsbət insani keyfiyyətlərindən söz açaraq, onun bir şəxsiyyət kimi tələbələrinə örnək olduğunu bildirib. Qeyd edib ki, Azərbaycan elmi qarşısında müstəsna və təmənnasız xidmətlərinə görə bu şəxsiyyət hələ sağlığında özünə əbədi abidə ucaltmışdır: “Onun yaratdığı dünya səviyyəli müasir elmi məktəb və bu məktəbin onlarla istedadlı yetirməsi bu gün Azərbaycanda və dünyanın ən nüfuzlü mərkəzlərində tədqiqatlar apararaq, yeni elmi nailiyyətləri ilə respublikamızın, elmimizin adını ucaldırlar”.
Tədbirin sonunda “Elmə həsr olunan ömür” adlı sənədli film nümayiş olunub.

Son xəbərlər

İrəvandan Azərbaycanla bağlı ŞOK etiraf

Ərdoğanın oğlu: İsrailə olar, Rusiyaya yox?

Bu xəstəxanaların qarşısında parklanma ləğv edildi - SİYAHI

Bu şəxslərin vərəsələrinə ödəniş veriləcək - Yeni QƏRAR

Azərbaycanın 92 yaşlı alimi 50 İLDƏN SONRA VƏZİFƏDƏN GETDİ

Şənbə günü Bakıda 30 dərəcə isti olacaq -PROQNOZ

“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi

49 nəfər səhrada susuzluqdan öldü

Bu türk ölkəsi Dubaya uçuşları bərpa etdi

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Qızıl almaq istəyənlər üçün ŞAD XƏBƏR - 1 qramı...

Kompüterlər üçün ilk ultra-sürətli yaddaş yaradıldı

BMT: Dünyada ərzaq ucuzlaşıb

Dövlət Xidməti Ağsuda vətəndaş qəbulu keçirdi

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Yay üçün arıqlamaq istəyənlər bu səhvə yol verməsinlər

Hicran Hüseynova dünyasını dəyişdi

“Liverpul” yeni baş məşqçisini açıqladı

İtaliyada dörd miqrant diri-diri yandırıldı

Məhv olmuş planetin ilk qəti sübutu tapıldı

Oğluna dördüncü dəfə Laçında toy etdi

ABŞ Haitidən gələn və 240 miqrantı daşıyan qayığı saxlayıb

Türkiyə terrorla mübarizədə Nigerə yardım edəcək

Putin İlham Əliyevə buna görə təşəkkür etdi

Yeni Delhidə oteldə yanğın olub – 21 nəfər ölüb, 17-si əcnəbidir

Tovuzun Cəlilli kəndi içməli su ilə təmin olunub

Əraqçi Xameneinin öldürüldüyü vaxt onun ofisində imiş - detalları açıqladı

Livanda ölənlərin sayı 3 526 nəfərə çatdı

Zelenski Putinə görüş və atəşkəs təklif edib

Bütün xəbərlər