Onlar deputat seçildiklərinə görə vəzifələri ilə “vidalaşdılar” - ADLAR













Prezident İlham Əliyevin sərəncamı ilə Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova vəzifəsindən azad edilib.

dogruxeber.tv-ın məlumatına görə, ölkə başçısının digər sərəncamları ilə Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov və İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov vəzifəsindən çıxarılıb.

Hər üç şəxs 2020-ci ilin fevralın 9-da Milli Məclisə keçirilmiş seçkilərdə deputat seçiliblər.

H.Hüseynovanın 41 saylı Sumqayıt Birinci Seçki Dairəsindən, A.Məmmədovun 123 saylı Kəlbəcər Seçki Dairəsindən, İlahiyyat İnstitutunun rektoru C.Məmmədovun isə 120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsindən deputatlığı təsdiqlənib.

Qeyd edək ki, Konstitusiyanın 85-ci maddəsinə əsasən, icra və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq edən şəxslər deputat seçilə bilməzlər.

Onu da əlavə edək ki, Suraxanı İcra Hakimiyyəti başçısının müavini Afət Həsənova da deputat seçildiyinə görə işdən çıxıb.

Sabunçu Rayon İcra Hakimiyyəti Aparatının İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əliabbas Salahzadə də işdən çıxmaq barədə ərizə verib.

A.Həsənova 32 saylı Suraxanı Üçüncü, Ə.Salahov 27 saylı Sabunçu İkinci Seçki Dairəsindən deputat seçiliblər.

Seçki Məcəlləsinin 173.3-cü maddəsinə əsasən, seçkilərin ümumi yekunları rəsmi dərc edildikdən sonra namizəd deputat statusu ilə bir araya sığmayan vəzifədən azad olunduqda və ya fəaliyyətinə xitam verdikdə, Mərkəzi Seçki Komissiyası onu deputat kimi qeydə alır və ona deputat vəsiqəsi verir.Paralel.az

Oxunub: 800

Son xəbərlər

Millimizin baş məşqçisi istefaya göndərildi

Ukraynaya 90 milyard avroluq kredit ayrıldı

Almaniyanın "Fortuna" klubu 28 futbolçusu ilə vidalaşa bilər

Azərbaycanın 5 vətəndaşı repatriasiya olundu

Suriyadan 5 Azərbaycan vətəndaşı ölkəyə gətirildi

Ölkədə yeni dövlət rüsumu müəyyən EDİLİR

Gürcüstan ATƏT sədrliyinə namizədliyini təqdim edib

Edqars Rinkeviçsin şərəfinə rəsmi lanç verildi

Azərbaycanda zəlzələ olub

Gürcüstan və Ermənistanın müdafiə nazirləri regional təhlükəsizliyi müzakirə edib

Bakıda qətl törədən şəxsə ağır cəza istənildi

Prezidedent latviyalı həmkarını sülh prosesi barədə məlumatlandırıb

Bakıda şirkətdən 11 min manatlıq oğurluq edilib

55 mindən çox şagird imtahan verəcək

Azərbaycan-Latviya sənədləri mübadilə edildi

Hesablama Palatası Naxçıvan MSK-da dövlət vəsaitlərinin istifadəsində nöqsanlar aşkarlayıb

Barat Yusubov vəzifəsindən azad edildi

Sabahın havası AÇIQLANDI

FTX Müdafiə Nazirliyinə terror hücumunun qarşısını aldı

Liderlər mətbuata bəyanatlarla çıxış edirlər

Azərbaycan I rübdə Qarabağ və Şərqi Zənzəgura 386 milyon manat vəsait qoyub

“Kitab həmin dövrdə Latviyada geniş ictimai marağa səbəb olub”

Prezident İlham Əliyevin Latviya Prezidenti ilə təkbətək görüşü olub

Azərbaycan neftindən ŞAD XƏBƏR

Birbank Invest 9 ay ərzində 25 milyon dövriyyə edib

Birbank-da müraciətlərin 70%-ni süni intellekt cavablandırır

“Sabah”, yoxsa “Qarabağ”? – Finalçı bəlli olur

45 min iranlı evsiz qalıb

20 min uçuş ləğv edilir - Bu ölkədə

Latviya Prezidenti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Bütün xəbərlər