Cavid Qurbanovun yeni “Parlament fraksiyası”: Dəmiryolunun “şef”i kimlərə mandat “qazandırmaq” istəyir?



Cavid Qurbanovun yeni “Parlament fraksiyası”: Dəmiryolunun “şef”i kimlərə mandat “qazandırmaq” istəyir?
İki dəfə – III və IV çağırış 123 saylı Kəlbəcər Seçki Dairəsindən Milli Məclisin deputatı seçilən "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Cavid Qurbanovun bu dəfə namizədliyini irəli sürməsə də, parlamentdə "öz fraksiyası”nı yaratmağa cəhd etdiyi iddia olunur.
Belə ki, Cavid Qurbanovun 9 fevral seçkilərində Milli Məclisə iki namizəd keçirmək planını həyata keçirməyə çalışdığı söylənilir.
Həmin namizədlərdən biri Qurbanovun qohumu, hazırda Kəlbəcər rayon icra hakimiyyətinin başçısı olan Aqil Məmmədovdur. Aqil Məmmədovun deputatlığa namizədliyi 123 saylı Kəlbəcər Seçki Dairəsindən qeydə alınıb.
İşğal altındakı rayonun icra başçısı Aqil Məmmədovun fəaliyyətini əks etdirən məlumatlar heç də birmənalı deyil. Ölkə mətbuatında onun haqqında ən çox yazılan mövzu isə Məmmədovun xidməti istifadə üçün aldığı avtomobillərin qiyməti ilə bağlıdır. Avtomobillərə xüsusi marağı ilə seçilən başçı gah 13 min, gah da 250 min dollara maşın almaqla uzun müddət gündəmdə qalmışdı.
Baxın, icra başçısı rəhbərlik etdiyi rayon rayon işğal altında olduğu bir şəraitdə korrupsiya qoxulu satınalmalara əl atırsa, görün, o, Kəlbəcər işğal edilməsəydi, hansı "kombinasiyalar” qurardı…
Kəlbəcər sakinlərinin Aqil Məmmədovdan müxtəlif instansiyalara göndərdikləri şikayət məktubları qalaq-qalaqdır. İcra başçısı olan zaman rayon sakinlərinin heç bir problemini həll etməyən bu "kiçik padşah” deputat mandatına sahibləndikdən sonra seçicilərinə nə gün ağlaya bilər?
Prezidentin bu və ya başqa bir rayonun icra başçısını vəzifəsindən azad etməsi haqqında sərəncamı açıqlananda, ən çox ürəyi çırpınan Aqil Məmmədov üçün toxunulmazlıq statusu olan deputatlıq 5 illik "sığorta” da sayıla bilər.
Məsələ ondadır ki, Məmmədovu Milli Məclisin yeni tərkibinə salmağa çalışan fiqurun "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Cavid Qurbanov olduğu deyilir.
Qohumunu vəzifədə irəli çəkən Cavid Qurbanov bu dəfə onu "rüşvət və korrupsiya bataqlığı”ndan çıxararaq, parlamentdə oturtmaq niyyətindədir. Bu, həm də, Cavid Qurbanovun özünə yenidən qismət olmayan deputat mandatını Məmmədova "ötürmək” cəhdi kimi də başa düşülə bilər.
Lakin Cavid Qurbanovun Milli Məclisdə "oturtmaq” istədiyi tək namizəd Aqil Məmmədov deyil. Onun özünə daha yaxın birini – "Azərbaycan Dəmir Yolları” QSC-də maliyyə və iqtisadiyyat idsrəsinin rəis müavini Vəsilə Abdulovanı da parlamentdə görmək istədiyi də deyilir.
Vəsilə Abdulova 99 saylı Şəmkir kənd seçki dairəsindən deputatlığa namizəddir. Abdulovanın rəsmi vəzifəsi "Azərbaycan Dəmir Yolları” QSC-də maliyyə və iqtisadiyyat idsrəsinin rəis müavini olsa da, onu idarədə "paket paylayan” kimi tanıyırlar.
Belə ki, idarədə işləyən şəxslərdən əldə etdiyimiz məlumata görə, Vəsilə Abdulova Cavid Qurbanova yaxın olan şəxslərə aylıq "paket” verməklə məşğuldur. Başqa sözlə, Cavid Qurbanov vəzifə pillələrində yüksəltdiyi Abdulovanı bu də Milli Məclisə "yerləşdirməyi” planlaşdırır.
Vəsilə Abdulovanın həmin seçki dairəsində ciddi bir rəqibi də yoxdur.
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) 99-cu dairədən irəli sürdüyü namizəd Nurlan Həsənov tanınmış şəxs deyil.
Belə anlaşılır ki, Cavid Qurbanov özünün səs hüququ olmayacaq yeni parlamentdə "iki səs”lə təmsil olunmaq istəyir. Onun bu iddiasının haradan qaynaqlandığını isə ancaq Qurbanovun özü bilir…

www.yenicag.az

Son xəbərlər

Baş nazirdən MÜHÜM QƏRAR

Qanunsuz saxlanılan silahlar aşkarlandı

Avropa İttifaqı İsrailə qarşı sanksiyaları sərtləşdirməyəcək

Milli Məclisin komitə iclası keçirilir

Diabet üçün gözlənilməz risk faktorları müəyyən edildi

Goranboy Rayon Mərkəzi Xəstəxanasında 100 min manatlıq "zibil atılacaq"

Baş Qərargah rəisi: İsrail İrana ağır zərbə planlaşdırıb

Xəzərdə zəlzələ olub

Avro və rubl bahalaşdı

Xarici qüvvələr ərazimizə yaxın olduqları müddətdə risk altındadırlar -Əraqçi

Rusiyanın liman və aeroportları da sanksiyalar siyahısında

Əli Əsədovdan mühüm SƏRƏNCAM

Onların məhkəməsi başlayır

Evini satanlar üçün ciddi problem: Minlərlə vətəndaş qeydiyyatsız qala bilər

Ermənistan Rusiyadan yeni “Tor” kompleksləri aldı

Tedesko yeni komandasında imzasını atdı

Hikmət Hacıyev: “Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib”

Bakının bu ərazisində göl daşdı, həyətlər çirkab su ilə doldu

AMB rəsmisi: Azərbaycan ödəniş əməliyyatlarında yeni zirvələrə çatıb

Rusiya müharibənin bitmə şərtini açıqladı

ABŞ məhkəməsi Trampın "H-1B" vizaları üçün müəyyən etdiyi 100 min dollarlıq rüsumu ləğv edib

İşləyənlərə əlavə pul veriləcək - Yeni qaydalar açıqlandı

10 məşhurun narkotik testi müsbət çıxdı

Kərim Xan vəzifəsindən kənarlaşdırıldı

İmamoğlu və Özəl silindi...

Yol tikintisi apararkən 13 min torba qızıl tapdılar

Bakının iki rayonunda işıq olmayacaq

“Mərkəzi Klinika”nın həkimi müharibə əlilinin ölümünə səbəb oldu – İDDİA

Özbəkistanda təxminən 19 500 xarici investisiyalı müəssisə qeydiyyata alınıb

Pensiya və sosial müavinətlərə bağlı yenilik

Bütün xəbərlər