Cavid Qurbanov TOPAZ-a nəzarəti Vüsal Aslanovla Vəsilə Abdulovaya tapşırdı…













QSC sədrinin göstərişi ilə müavini və Maliyyə İdarəsinin müdir müavini xanım Abdulovanın qumar oyunlarına nəzarət etdiyi deyilir

Azərbaycanda fəaliyyət göstərən idman mərc oyunlarına nəzarət edən “TOPAZ” şirkəti xeyli müddətdir ki, ölkə mətbuatının gündəmindən düşmür. Mərc oyunlarına nəzarət edən şirkətin gündəmə gəlməsinin səbəbi isə “TOPAZ”-ın səhm paketlərinin “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun alması ilə bağlıdır.

Bildirək ki, “TOPAZ”-ın əsas səhm paketlərinə nəzarət edən “Turkcell” şirkəti “Azerinteltek”dəki payını satışa çıxartması barədə keçən il məlumat yayılmışdı. Daha sonra isə “Turksel” şirkəti “Azərinteltek” QSC-dəki 51 faizlik paketini 19,5 milyon avro qarşılığında (təxminən 38 milyon manat) “Baltech Investment LLC”-yə satması barədə açıqlama yaydı ( http://www.hurriyet.com.tr/ekonomi/turkcellin-istiraki-azerintelteki-payini-satti-41021212).

Ancaq Azərbaycan mətbuatının apardığı araşdırma nəticəsində məlum oldu ki, adı xarici şirkət olan “Baltech Investment LLC” əslində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanova məxsusdur (http://azpolitika.info/?p=463586).

AzToday.az olaraq iki həftə öncə “Azərbaycan Dəmir Yolları” QSC sədri Cavid Qurbanova məxsus “Baltech İnvestment” şirkətinin “TOPAZ”a nəzarət edən “Azerinteltek” şirkətindəki 75,5% lik payının 100 faizə çatdırması barədə oxucularımıza məlumat vermişdik (https://www.aztoday.az/news/36463.html).

Həmin məlumatda qeyd etmişdik ki, Cavid Qurbanov “Hafka” ləqəbi ilə tanınan iş adamı Hafiz Məmmədovun “Azerinteltek” QSC-dəki 24,5 faiz səhmlərinə əl qoyub. Belə ki. Cavid Qurbanov “Hafka”nın səhmlərini ona məxsus “Baghlan Group” FZCO şirkətinin Azərbaycan Dəmir Yolları QSC-yə olan 42 milyonluq borcunun bir hissəsi ilə əvəzləyib. Hazırda “Azerinteltek” QSC-nin İdarə Heyətində dəyişiklik olduğu və qurumu Cavid Qurbanovun işçilərindən birinin idarə etdiyi bildirilir.

AzToday.az-ın məlumatından bir neçə gün sonra AzEuroNews.com saytının yaydığı xəbərdə qeyd edilirdi ki, hazırda “TOPAZ” mərc oyunlarına qeyri-rəsmi Cavid Qurbanovun müavini Vüsal Aslanov nəzarət edir. Belə ki, QSC sədri öz müavininə bu işləri daha yaxşı bildiyi və vaxtı ilə “Azərinteltek” QSC-nin İdarə heyətinin üzvü olması ilə əlaqədar futbol-mərc oyunlarından cavabdeh təyin edib. V.Aslanov 2010-2014 illərdə futbol-mərc oyunlarına nəzarət edən “Azərinteltek” QSC-nin idarə heyətinin üzvü olub. Məlumata görə Cavid Qurbanovun müavini Vüsal Aslanov hər gün bir neçə dəfə “Azərinteltek” QSC-nin baş ofisinə gələrək işlərin hansı yerdə olmasını yoxlayır. Saytın verdiyi məlumatda həmçinin qeyd edilirdi ki, “TOPAZ” şirkətinin maliyyə məsələlərində Vüsal Aslanovun yardımçısı “Azərbaycan Dəmir Yolları” QSC-nin Maliyyə İdarəsinin müdir müavini Vəsilə Abdulovadır.

Xatırladaq ki, son günlər Vəsilə Abulovanın “Azərbaycan Dəmir Yolları” QSC-də nüfuzunun genişlənməsi və yaxın həftələrdə Cavid Qurbanov tərəfindən müavin vəzifəsinə irəli çəkiləcəyi ilə bağlı oxucularımıza məlumat vermişdik.

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Son xəbərlər

İrəvandan Azərbaycanla bağlı ŞOK etiraf

Ərdoğanın oğlu: İsrailə olar, Rusiyaya yox?

Bu xəstəxanaların qarşısında parklanma ləğv edildi - SİYAHI

Bu şəxslərin vərəsələrinə ödəniş veriləcək - Yeni QƏRAR

Azərbaycanın 92 yaşlı alimi 50 İLDƏN SONRA VƏZİFƏDƏN GETDİ

Şənbə günü Bakıda 30 dərəcə isti olacaq -PROQNOZ

“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi

49 nəfər səhrada susuzluqdan öldü

Bu türk ölkəsi Dubaya uçuşları bərpa etdi

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Qızıl almaq istəyənlər üçün ŞAD XƏBƏR - 1 qramı...

Kompüterlər üçün ilk ultra-sürətli yaddaş yaradıldı

BMT: Dünyada ərzaq ucuzlaşıb

Dövlət Xidməti Ağsuda vətəndaş qəbulu keçirdi

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Yay üçün arıqlamaq istəyənlər bu səhvə yol verməsinlər

Hicran Hüseynova dünyasını dəyişdi

“Liverpul” yeni baş məşqçisini açıqladı

İtaliyada dörd miqrant diri-diri yandırıldı

Məhv olmuş planetin ilk qəti sübutu tapıldı

Oğluna dördüncü dəfə Laçında toy etdi

ABŞ Haitidən gələn və 240 miqrantı daşıyan qayığı saxlayıb

Türkiyə terrorla mübarizədə Nigerə yardım edəcək

Putin İlham Əliyevə buna görə təşəkkür etdi

Yeni Delhidə oteldə yanğın olub – 21 nəfər ölüb, 17-si əcnəbidir

Tovuzun Cəlilli kəndi içməli su ilə təmin olunub

Əraqçi Xameneinin öldürüldüyü vaxt onun ofisində imiş - detalları açıqladı

Livanda ölənlərin sayı 3 526 nəfərə çatdı

Zelenski Putinə görüş və atəşkəs təklif edib

Bütün xəbərlər